Ən-Nisa surəsi · 58-ci ayə

Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah sizə əmr edir ki, əmanətləri sahiblərinə qaytarın. Xalq arasında hakimlik edərkən ədalətlə hökm verin. Allahın sizə öyüd verdiyi şey necə də yaxşıdır! Şübhəsiz, Allah eşidən və görəndir.”
Nöqtələr
Əmanətə vəfa və ədalətli rəftar imanın mühüm nişanələrindəndir. Necə ki, xəyanət nifaq əlamətidir. Hədisdə nəql olunur ki, insanların uzun rüku və səcdələrinə yox, doğru danışmağına və əmanətə münasibətinə baxın.("Kafi”, c. 2, səh. 105. )
Çoxsaylı rəvayətlərdə nəql olunur ki, «əmanət» dedikdə cəmiyyətə əhli-beyt tərəfindən rəhbərlik nəzərdə tutulur. Belə bir əmanətə sədaqət uyğun ayəyə əməl olunmasının bariz nümunələrindəndir.
Bəli, cəmiyyətin xoşbəxtliyinin açarı iş başında layiqli və ədalətli şəxsin dayanmasıdır. İctimai çaxnaşmaların mənşəyi isə ləyaqətsizlərin hakimliyi və zalımcasına mühakimələrdir. Həzrət Əli (ə) buyurmuşdur: " Bir şəxs cəmiyyətdə özündən layiqlisi olduğunu bildiyi halda rəhbərliyi qəbul edərsə, şübhəsiz, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir.”("Əl-Qədir”, c. 8. )
Elm və həqiqəti gizlətmək, xalqın malına sahib olmaq, qeyri-ilahi rəhbərlərə itaət, övlad üçün ləyaqətsiz zövcə və ya ləyaqətsiz müəllim seçmək və bu kimi başqa işlər əmanətə xəyanət nümunələridir.
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşlar: "Allahın əmr və hədləri ilahi əmənətlərdir.”("Təfsire-Nurus-səqəleyn”.)
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: "Allah əmr etmişdir ki, hər bir imam özündə olanı növbəti imama tapşırsın.”("Kafi”, c. 1, səh. 277. )
Əmanət üç növdür:
a) İnsanla Allah arasında (insan üçün təyin olunmuş vəzifələr və vacib işlər);("Təfsire-Məcməül-bəyan”. )
b) İnsanla başqaları arasında (insana əmanət tapşırılmış mal və sirr);
v) İnsanla özü arasında (əlimizdə əmanət olan elm, ömür, qüdrət).
Bildirişlər
1. İşi bilicilərə tapşırmaq və ədalətli mühakimə saleh əməl nümunələrindən və iman nişanələrindəndir. (əvvəlki ayəyə görə)
2. Hər bir əmanətin sahibi var. Hər kəsdə bir iş və məqam ləyaqəti və istedadı var.
3. Əmanətin qaytarılmasında və ədalətli olmaqda iman şərt deyil. Bütün xalqa münasibətdə əmanətdar və ədalətli olmaq lazımdır.
4. Qazi və hakim ədalətli olmalıdır.
5. Hökumət təşkili zəruridir. Vəzifəni onun əhlinə tapşırmaq və ədalətli mühakimə üçün ilahi hökumətin bərqərar olması şərtdir.
6. Yaxşı moizə odur ki, əxlaqi öyüdlərdən əlavə, ictimai və hüquqi məsələlərə də diqqət yetirilsin.
7. Əmanətə xəyanət və ya ədalətsiz mühakiməni xalq da anlamasa, Allah görən və eşidəndir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 58-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 58-ci ayəsi nə haqqındadır?
Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən A...
Ən-Nisa surəsi 58-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 58-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 58-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 58-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 58-ci ayənin təfsiri nədir?
"Həqiqətən, Allah sizə əmr edir ki, əmanətləri sahiblərinə qaytarın. Xalq arasında hakimlik edərkən ədalətlə hökm verin. Allahın sizə öyüd verdiyi şey necə də yaxşıdır! Şübhəsiz, Allah eşidən və görəndir.” Nöqtələr Əmanətə vəfa və ədalətli rəftar imanın mühüm nişanələrindəndir. Necə ki, xəyanət nifaq əlamətidir. Hədisdə nəql olunur ki, insanların uzun rüku və səcdələrinə yox, doğru danışmağına və əmanətə münasibətinə baxın.("Kafi”, c. 2, səh. 105. ) Çoxsaylı rəvayətlərdə nəql olunur ki, «əmanət»...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.