Ən-Nisa surəsi · 62-ci ayə

Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 62
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əvvəllər gördüyü işlərə görə onlara bir müsibət və çətinlik üz verdikdə sənin sorağına gəlir və Allaha and içirlər ki, hədəfləri yaxşılıq və razılıqdan başqa bir şey olmayıb.”
Nöqtələr
Münafiqlər tağutlara müraciətlərinə belə don geydirirdilər ki, mühakimədə tərəflərdən biri hakimdən narazı qalır və onlar kimisə peyğəmbərdən narazı salmamaq üçün və peyğəmbərin mövqeyini və şəxsiyyətini qorumaq məqsədi ilə zalım hakimlərə üz tutmuşlar.
Bildirişlər
1. Təhlükə amili insanın öz işləri olur.
2. İkiüzlü və münafiq müsəlmanlar çətinliyə düşdükləri vaxt ilahi rəhbərin ətəyindən yapışırlar.
3. Zalım hakimlərə (tağuta) müraciətin müsibətləri var. Peyğəmbərlərin yoluna dönüş labüddür.
4. Münafiqlər öz xilaf işlərinə don geyindirirlər.
5. Münafiq öz məqsədlərini pərdələmək üçün Allaha and içir.
6. Bəzən çirkin insanlar müqəddəs sözləri vasitəyə çevirirlər.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 62-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 62-ci ayəsi nə haqqındadır?
Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!
Ən-Nisa surəsi 62-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 62-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 62-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 62-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 62-ci ayənin təfsiri nədir?
"Əvvəllər gördüyü işlərə görə onlara bir müsibət və çətinlik üz verdikdə sənin sorağına gəlir və Allaha and içirlər ki, hədəfləri yaxşılıq və razılıqdan başqa bir şey olmayıb.” Nöqtələr Münafiqlər tağutlara müraciətlərinə belə don geydirirdilər ki, mühakimədə tərəflərdən biri hakimdən narazı qalır və onlar kimisə peyğəmbərdən narazı salmamaq üçün və peyğəmbərin mövqeyini və şəxsiyyətini qorumaq məqsədi ilə zalım hakimlərə üz tutmuşlar. Bildirişlər 1. Təhlükə amili insanın öz işləri olur. 2. İkiü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.