Ən-Nisa surəsi · 71-ci ayə

Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! (Düşmən qarşısında ayıq olun və hazırlıq əlaməti olaraq) silahınızı götürün. Ayrı-ayrı, nizamsız dəstələr şəklində və ya birlikdə düşmənə doğru hərəkət edin.”
Nöqtələr
Əvvəlki ayədə Allaha itaət, məsumun rəhbərliyi, peyğəmbərin hakimiyyəti, bu ayədə isə İslam ümməti və haqq rəhbərliyin ayıqlığı və hərbi hazırlığının zəruriliyi bəyan olundu.
Ayədəki "hizr” sözü ayıqlıq, hazırlıq, müdafiə vasitəsi mənasını bildirir. Dağınıq dəstələr (düşməni çaşdıran partizan dəstələri) ayədə "subat” adlandırılmışdır.
Müsəlmanlar öz ölkələrinin sərhədlərini hifz etməlidirlər. Bu ayəyə əməl edilməsi izzət rəmzi, ayədən qəflətdə qalmaq isə süqut və müsəlmanların məğlubiyyət nişanəsidir.
Bildirişlər
1. Müsəlmanlar bütün hallarda hazır və ayıq olmalıdırlar. Müsəlmanlar düşmənin planlarından, canlı qüvvəsindən, döyüş texnikasından, psixoloji hazırlığından, daxili və xarici əlaqələrindən agah olmalı və bu məlumatlara münasib planlar cızıb əməl etməlidirlər.
2. Hərbi hazırlıq iman sayəsində dəyərli olur.
3. Müsəlmanlar səfərbər olmalıdırlar.
4. Düşmənə qarşı müxtəlif taktikalardan istifadə olunmalıdır.
5. Səfərbərlik və mübarizə üsulunu özünüz seçin.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 71-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 71-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün.
Ən-Nisa surəsi 71-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 71-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! (Düşmən qarşısında ayıq olun və hazırlıq əlaməti olaraq) silahınızı götürün. Ayrı-ayrı, nizamsız dəstələr şəklində və ya birlikdə düşmənə doğru hərəkət edin.” Nöqtələr Əvvəlki ayədə Allaha itaət, məsumun rəhbərliyi, peyğəmbərin hakimiyyəti, bu ayədə isə İslam ümməti və haqq rəhbərliyin ayıqlığı və hərbi hazırlığının zəruriliyi bəyan olundu. Ayədəki "hizr” sözü ayıqlıq, hazırlıq, müdafiə vasitəsi mənasını bildirir. Dağınıq dəstələr (düşməni çaşdıran partizan dəstələri) ayədə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.