Ən-Nisa surəsi · 72-ci ayə

Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, sizdən bəziləri həm özləri süst olur, həm də mücahidlərin süstlüyünə səbəb olurlar. Sizə bir çətinlik üz verəndə deyirsiniz: "Allah mənə minnət qoyub ki, onlarla birlikdə (cəbhədə) olmadım, (ya da onlarla birgə şəhadətə çatmadım.)”
Nöqtələr
Əvvəlki ayədə xarici düşmənlərin təhlükəsi bəyan olundu. Bu ayədə isə daxili düşmənlər, nüfuz amilləri və münafiqlər haqqında danışılır.
Ayədəki "yubəttiənnə” sözü "bət” kökündən olub süstlük mənasını bildirir. Dilçilər bu sözün həm süst hərəkət, həm də süst hərəkətə çağırış mənasını verdiyini qeyd edirlər.
Bildirişlər
1. Döyüş səhnəsi zəif imanlı və münafiq fərdləri tanımaq üçün yaxşı vasitədir.
2. Allah münafiqlərin düşüncə və danışıqlarının üzərindən pərdəni götürür.
3. Münafiqlər bəzən mömin cildinə elə girirlər ki, eynən onlar kimi görünürlər.
4. Peyğəmbərin səhabələri arasında ədalət və doğru xətdən uzaq olanlar da var idi.
5. Münafiqlər müsəlmanların ruhiyyəsini zəiflədən amildirlər. Onları tanımaq və cəbhəyə buraxmamaq lazımdır.
6. Münafiqlər döyüşdə iştirak etməməyi, cəbhədən qaçmağı və ölümdən qurtuluşu müvəffəqiyyət və səadət sayırlar.
7. Hər rifah əbədi, ilahi lütf və nemət deyildir.
8. Möminlərlə çiyin-çiyinə çətinliyi dadmaq nemətdir. Möminlərdən kənardakı rifah isə nemət deyildir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 72-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 72-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var.
Ən-Nisa surəsi 72-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 72-ci ayənin təfsiri nədir?
"Həqiqətən, sizdən bəziləri həm özləri süst olur, həm də mücahidlərin süstlüyünə səbəb olurlar. Sizə bir çətinlik üz verəndə deyirsiniz: "Allah mənə minnət qoyub ki, onlarla birlikdə (cəbhədə) olmadım, (ya da onlarla birgə şəhadətə çatmadım.)” Nöqtələr Əvvəlki ayədə xarici düşmənlərin təhlükəsi bəyan olundu. Bu ayədə isə daxili düşmənlər, nüfuz amilləri və münafiqlər haqqında danışılır. Ayədəki "yubəttiənnə” sözü "bət” kökündən olub süstlük mənasını bildirir. Dilçilər bu sözün həm süst hərəkət, ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.