Ən-Nisa surəsi · 74-cü ayə

Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah yolunda o kəslər döyüşə qalxmalıdırlar ki, dünya həyatını axirət həyatına satmışlar və Allah yolunda vuruşub öldürülən və ya qalib gələn kəsə tezliklə böyük mükafat verəcəyik.”
Bildirişlər
1. İslamda döyüşün yeganə hədəfi Allahın razılığıdır. İslam döyüşündə fatehlik, istismar və intiqam məqsədi olmur.
2. Cihad elə bir tövfiqdir ki, hamıya verilmir. Dünyapərəstlərin nə cəbhə, nə də şücaət ləyaqətləri var.
3. Böyük cihad dünyapərəstliklə mübarizə, kiçik cihad isə düşmənlərlə mübarizənin müqəddiməsidir.
4. Allah yolunda döyüşən mücahid heç vaxt məğlub olmur.
5. Haqq cəbhəsində fərarilik və məğlubiyyət yox, şəhadət və qələbə nəzərdə tutulur.
6. Münafiqlər yalnız qəniməti dəyərli sayırlar. Quran isə həm qələbə, həm də şəhadəti böyük əcr sayır.
7. Böyük mükafat vədi cəbhəyə üz tutmaq üçün təşviqdir.
8. Axirət həyatı dünya həyatından üstündür. Dünyanı verib, axirəti almaq böyük və dəyərli işdir.
9. Şəhidlə qalib döyüşçünün mükafatı eynidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 74-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 74-cü ayəsi nə haqqındadır?
Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik.
Ən-Nisa surəsi 74-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 74-cü ayənin təfsiri nədir?
"Allah yolunda o kəslər döyüşə qalxmalıdırlar ki, dünya həyatını axirət həyatına satmışlar və Allah yolunda vuruşub öldürülən və ya qalib gələn kəsə tezliklə böyük mükafat verəcəyik.” Bildirişlər 1. İslamda döyüşün yeganə hədəfi Allahın razılığıdır. İslam döyüşündə fatehlik, istismar və intiqam məqsədi olmur. 2. Cihad elə bir tövfiqdir ki, hamıya verilmir. Dünyapərəstlərin nə cəbhə, nə də şücaət ləyaqətləri var. 3. Böyük cihad dünyapərəstliklə mübarizə, kiçik cihad isə düşmənlərlə mübarizənin mü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.