Ən-Nisa surəsi · 75-ci ayə

Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 75
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sizə nə olub ki, Allah yolunda və "Pərvərdigara, bizi əhalisi zalım olan şəhərdən çıxar və Özünə doğru apar, bizim üçün rəhbər qərar ver, Öz tərəfindən bizə yardımçı təyin et” deyən zəif düşmüş kişilər, qadınlar və uşaqlar yolunda savaşmırsınız?!”
Nöqtələr
Ayə Məkkə əhlinin təzyiq və işkəncələri altında baş götürüb qaçan müsəlmanlar haqqındadır. Azadlıqları uğrunda cihaddan boyun qaçıranlar məzəmmət olunurlar.
Müstəzəflərin kimliyi barədə verilən suallara İmam Sadiq (ə) belə cavab verir: "O kəslər ki, nə mömindirlər, nə də kafir.”("Təfsire-Əyyaşi”, c. 1, səh. 257.  )
Bildirişlər
1. Müsəlmanlar bir-birlərinə münasibətdə dini qeyrət və təəssüb göstərməlidirlər. Onlar bir-birlərinin nalələrinə və fəryadlarına biganə qalmamalıdırlar.
2. İslami cihadın hədəflərindən biri müstəzəfləri zalım hakimlərin zülmündən xilas etməkdir.
3. İslam sərhəd tanımır. Harada müstəzəf varsa, cihad da vardır.
4. İslam ordusu o qədər güclü olmalıdır ki, bütün dünya məhrumlarına nicat verə bilsin.
5. Cihada dəvət üsulunda xalqın hisslərindən faydalanmaq lazımdır.
6. Müsəlmanlara rəhbərlik Allah tərəfindən olmalıdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 75-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 75-ci ayəsi nə haqqındadır?
Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım...
Ən-Nisa surəsi 75-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 75-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 75-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 75-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 75-ci ayənin təfsiri nədir?
"Sizə nə olub ki, Allah yolunda və "Pərvərdigara, bizi əhalisi zalım olan şəhərdən çıxar və Özünə doğru apar, bizim üçün rəhbər qərar ver, Öz tərəfindən bizə yardımçı təyin et” deyən zəif düşmüş kişilər, qadınlar və uşaqlar yolunda savaşmırsınız?!” Nöqtələr Ayə Məkkə əhlinin təzyiq və işkəncələri altında baş götürüb qaçan müsəlmanlar haqqındadır. Azadlıqları uğrunda cihaddan boyun qaçıranlar məzəmmət olunurlar. Müstəzəflərin kimliyi barədə verilən suallara İmam Sadiq (ə) belə cavab verir: "O kəs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.