Ən-Nisa surəsi · 76-cı ayə

İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İman gətirənlər Allahın yolunda cihad edirlər. Kafir olanlar isə tağut yolunda döyüşürlər. Beləcə, şeytanın dostları və köməkçiləri ilə döyüşün (və qorxmayın), çünki şeytanın hiyləsi zəifdir.”
Nöqtələr
Kafirlərin şeytani hiylələri böyük olsa(Bax: "Nuh”, 22. ) və az qala dağları yerindən oynatsa da,(Bax: "İbrahim”, 46. ) bütün bu hiylələr Allahın iradəsi qarşısında süst və zəifdir.
Bildirişlər
1. Kafirlərlə cihad iman şərtidir.
2. İslamda cihad Allahın razılığı və dinin qorunması üçündür. Bu cihadda fatehlik və intiqam istəkləri yoxdur.
3. İlahi və qeyri-ilahi cəmiyyətləri döyüş növündən tanımaq olar.
4. Döyüş və ziddiyyət həmişə olmuşdur və indi də var. Amma əsas məsələ hansı yolda və hansı məqsədlə vuruşmaqdır.
5. Küfr, tağut və şeytan üçbucağı möhkəm ittifaqa malikdir.
6. Mübarizənin iki növünü müqayisə etməklə öz işinizi dəyərləndirin və döyüşə qatılın.
7. Düşmənin planları olsa da qorxmayın, çünki bu planlar zəifdir.
8. Tağut xəttinin və şeytan yolunun sonu əliboşluqdur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 76-cı ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 76-cı ayəsi nə haqqındadır?
İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.
Ən-Nisa surəsi 76-cı ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 76-cı ayənin təfsiri nədir?
"İman gətirənlər Allahın yolunda cihad edirlər. Kafir olanlar isə tağut yolunda döyüşürlər. Beləcə, şeytanın dostları və köməkçiləri ilə döyüşün (və qorxmayın), çünki şeytanın hiyləsi zəifdir.” Nöqtələr Kafirlərin şeytani hiylələri böyük olsa(Bax: "Nuh”, 22. ) və az qala dağları yerindən oynatsa da,(Bax: "İbrahim”, 46. ) bütün bu hiylələr Allahın iradəsi qarşısında süst və zəifdir. Bildirişlər 1. Kafirlərlə cihad iman şərtidir. 2. İslamda cihad Allahın razılığı və dinin qorunması üçündür. Bu cih...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.