Ən-Nisa surəsi · 85-ci ayə

Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs yaxşı işə havadar olsa, mükafatdan pay alacaq. Hər kəs pis işə havadar olsa, cəzadan pay götürəcək. Allah hər şeyə nəzarətçidir.”
Nöqtələr
"Muqit” dedikdə digərinə güc verən, onun canını qoruyan, bir sözlə, hifz edən, hesab aparan kəs nəzərdə tutulur.
Ötən ayədə hər kəsin öz işinə məsul olduğu bildirildi. Bu ayədə isə yaxşı və pis işə dəvət və havadarlığın təsirləri bəyan olunur.
Moizə, dostluğa çağırış, tədris, cəbhəyə təşviq, yaxşı işə yardım yaxşıya havadarlığın nümunələridir. Hədisdə başqaları haqqında dua, əmr be məruf, hətta yaxşı işə işarə yaxşıya havadarlığın nümunəsi kimi göstərilmişdir. ("Təfsire-Safi”) Qeybət, söz gəzdirmək, iş pozmaq, böhtan, fitnə, cəbhədən çəkindirmək, vəsvəsə və fitnə pisliyə havadarlıq nümunələridir.
Bildirişlər
1. Fərdiyyətçilik və guşənişinlik İslamda qadağandır.
2. Yaxşı və pisə dəvət mükafat və cəzaya şərik olmaqdır.
3. Məhdudiyyətlər səbəbindən hər işə birbaşa müdaxilə etmək olmur. Amma xeyir havadarlıqla ondan bəhrələnmək olar.
4. Dəllala haqq ödənməlidir. Xeyriyyə və ya ticarət işlərində vasitəçilik edənlərin haqqı var.
5. Havadarlıqda Allahı nəzərdən qaçırmaq olmaz.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 85-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 85-ci ayəsi nə haqqındadır?
Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah h...
Ən-Nisa surəsi 85-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 85-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 85-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 85-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 85-ci ayənin təfsiri nədir?
"Hər kəs yaxşı işə havadar olsa, mükafatdan pay alacaq. Hər kəs pis işə havadar olsa, cəzadan pay götürəcək. Allah hər şeyə nəzarətçidir.” Nöqtələr "Muqit” dedikdə digərinə güc verən, onun canını qoruyan, bir sözlə, hifz edən, hesab aparan kəs nəzərdə tutulur. Ötən ayədə hər kəsin öz işinə məsul olduğu bildirildi. Bu ayədə isə yaxşı və pis işə dəvət və havadarlığın təsirləri bəyan olunur. Moizə, dostluğa çağırış, tədris, cəbhəyə təşviq, yaxşı işə yardım yaxşıya havadarlığın nümunələridir. Hədisd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.