Ən-Nisa surəsi · 88-ci ayə

Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Nə üçün əməllərinə görə Allah tərəfindən pis hala salınmış münafiqlərə münasibətdə iki dəstəyə bölünmüsünüz?! Yoxsa Allahın azdırdığını yola gətirmək istəyirsiniz?! Allahın azdırdığı kəsi xilas etmək üçün heç vaxt yol tapmayacaqsan.”
Nöqtələr
"İrkas” sözü devrilmiş, pis hala salınmış mənasını verir. "Ərkəsəhum” sözü ayədə münafiqlərin fikir dağınıqlığına işarədir.
Bir neçə ayə əvvəl xeyir və şər işdə vasitə və şəfaət haqqında bir ayə oxuduq. Bu ayədə isə münafiqlər üçün şəfaətin bir nümunəsi bəyan olunur.
Məkkədə bir dəstə insan zahirdə müsəlman olmuşdu. Onlar Mədinəyə hicrət etməmişdilər və əməldə müşriklər ilə bir idilər. (Bəlkə də casusluq məqsədi ilə) sonradan hicrət etdikləri vaxt möminlər onlara birmənalı yanaşmadılar. Bəziləri dedilər ki, bu insanlar tövhid və məada şəhadət verdiklərindən onlarla müsəlman qardaş kimi rəftar olunmalıdır. Başqaları hicrət etmədikləri və kafirlərlə həmkarlığa qatıldıqları üçün onlarla mənfi rəftar edilməsini tələb edirdilər. Bu vaxt həmin ayə nazil oldu.
Bildirişlər
1. Peyğəmbər kimi rəhbər olan yerdə parçalanma ciddi məzəmmət olunmuşdur.
2. Münafiqlərlə üzbəüz dayanmaq üçün qətilik və birlik lazımdır.
3. İnsanın süqut səbəbi onun öz əməlləridir.
4. "Anadan da mehriban dayə olmayın”. Özünü süquta aparana ağlamaq nə üçün?
5. Günah boxçası dolan vaxt Allahın qəhr və qəzəbi qəti olur. Allahın qüdrəti qarşısında bütün amillər təsirsizdir.
6. İlahi qanunlar əsasında, öz əməllərinə görə doğru yoldan çıxan şəxsi hətta peyğəmbər də xilas edə bilməz.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 88-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 88-ci ayəsi nə haqqındadır?
Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğı...
Ən-Nisa surəsi 88-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 88-ci ayənin təfsiri nədir?
"Nə üçün əməllərinə görə Allah tərəfindən pis hala salınmış münafiqlərə münasibətdə iki dəstəyə bölünmüsünüz?! Yoxsa Allahın azdırdığını yola gətirmək istəyirsiniz?! Allahın azdırdığı kəsi xilas etmək üçün heç vaxt yol tapmayacaqsan.” Nöqtələr "İrkas” sözü devrilmiş, pis hala salınmış mənasını verir. "Ərkəsəhum” sözü ayədə münafiqlərin fikir dağınıqlığına işarədir. Bir neçə ayə əvvəl xeyir və şər işdə vasitə və şəfaət haqqında bir ayə oxuduq. Bu ayədə isə münafiqlər üçün şəfaətin bir nümunəsi bə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.