Ən-Nisa surəsi · 93-cü ayə

Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs bir mömini bilərəkdən öldürsə, cəzası cəhənnəmdir və həmişə orada qalacaq. Allah ona qəzəb və lənət etmiş, onun üçün böyük bir əzab hazırlamışdır.”
Nöqtələr
Ühüd döyüşünün böhranlı şəraitində müsəlmanlardan biri digər bir müsəlmanı cahiliyyət dövründən qalmış bir mübahisəyə görə öldürdü. Həzrət Peyğəmbər (s) vəhy yolu ilə məsələdən xəbər tutub Ühüddən qayıdarkən Qoba məhəllində həmin möminin qətlinin qisası haqqında göstəriş verdi. Göstərişə əsasən qatil öldürülməli və onun peşmançılığına məhəl qoyulmamalı idi.("Məğazi”, c. 1, s. 304; "Peyğəmbərlik və cihad” s. 327. )
İslam müsəlmanların həyatının və əmin-amanlığının qorunmasına ciddi əhəmiyyət vermiş və əbədi əzab vəd etməklə qətl və ağır cinayətlərin qarşısını almışdır. Bu ayədə möminin bilərəkdən qətlə yetirilməsi ilə bağlı işlədilmiş təbirlər heç bir günah haqqında deyilməmişdir. İmam Sadiq (ə) buyurmuşdur: "Bilərəkdən mömini qətlə yetirən kəsin tövbəsi qisasdır.”("Təfsire-Nurus-Səqəleyn”; "Kafi”, c. 7, s. 276. )
"Təəmmud” "əmud” sözündəndir. İşin əsasını niyyət təşkil etdikdə, iş əvvəlcədən müəyyənləşdirilmiş məqsədlə həyata keçirildikdə ona "əmdi”, yəni "bilərəkdən olan iş” deyilir.
Çoxsaylı rəvayətlərdə qətlin böyük günah olduğu bəyan olunmuşdur. O cümlədən:
1. Qiyamətdə haqqında sorğu-sual olunası ilk məsələ günahsızın qətlə yetirilməsidir.
2. Ən qəddar fərd insanı öldürən və ya vurandır.
3. Qatil qətl günahından əlavə, öldürdüyü şəxsin günahlarına da sahib olur.
4. Möminin qətlində göy və yer əhli şərik olarsa, hamısı əzaba çatar.
5. Bütün dünyanın məhv olunması günahsız bir insanın öldürülməsindən asandır.("Vəsail”, c. 19, s. 2. )
Bildirişlər
1. İslam quruluşunda heç bir məqam boş yerə başqasını qətlə yetirməyə və edama icazə vermir.(Bax: "Bəqərə”, 258. )
2. İnsanın dəyəri onun düşüncə və əqidəsindən asılıdır.
3. Bilərəkdən baş verən günahların sorğu-sualı, hesabı ayrıdır.
4. Qətl və qan tökülməsi kəbirə günahlardandır.
5. Ağır cəzalar cəmiyyətdə fəsadın qarşısını alan, əmin-amanlığı hifz edən amillərdəndir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 93-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 93-cü ayəsi nə haqqındadır?
Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.
Ən-Nisa surəsi 93-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 93-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 93-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 93-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 93-cü ayənin təfsiri nədir?
"Hər kəs bir mömini bilərəkdən öldürsə, cəzası cəhənnəmdir və həmişə orada qalacaq. Allah ona qəzəb və lənət etmiş, onun üçün böyük bir əzab hazırlamışdır.” Nöqtələr Ühüd döyüşünün böhranlı şəraitində müsəlmanlardan biri digər bir müsəlmanı cahiliyyət dövründən qalmış bir mübahisəyə görə öldürdü. Həzrət Peyğəmbər (s) vəhy yolu ilə məsələdən xəbər tutub Ühüddən qayıdarkən Qoba məhəllində həmin möminin qətlinin qisası haqqında göstəriş verdi. Göstərişə əsasən qatil öldürülməli və onun peşmançılığı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.