Ər-Rəd surəsi · 1-ci ayə

Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Qur’anın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 1
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əlif, lam, mim, ra. O, (səmavi) kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil olan haqdır. Amma xalqın çoxu iman gətirməz.”
Bildirişlər
1. Quran olduqca əzəmətli bir kitabdır.
2. Səmavi kitab xalqın tərbiyəsi üçün nazil olmuşdur.
3. Quranda batilə yol yoxdur.
4. Quran çoxluq yox, haqlılıq mehvəridir. Xalqın əksərinin Qurana diqqətsizliyi və ona iman gətirməməsi bu kitabın batil olmasını göstərmir.
5. Xalqın əksəri haqpərəst deyil.
6. Rəhbər bilməlidir ki, xalqın çoxu ona iman gətirməz. Belə olsa, daha ciddi hazırlıqla bu məsələyə yanaşar.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 1-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 1-ci ayəsi nə haqqındadır?
Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (v...
Ər-Rəd surəsi 1-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 1-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 1-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 1-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 1-ci ayənin təfsiri nədir?
"Əlif, lam, mim, ra. O, (səmavi) kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil olan haqdır. Amma xalqın çoxu iman gətirməz.”Bildirişlər1. Quran olduqca əzəmətli bir kitabdır.2. Səmavi kitab xalqın tərbiyəsi üçün nazil olmuşdur.3. Quranda batilə yol yoxdur.4. Quran çoxluq yox, haqlılıq mehvəridir. Xalqın əksərinin Qurana diqqətsizliyi və ona iman gətirməməsi bu kitabın batil olmasını göstərmir.5. Xalqın əksəri haqpərəst deyil.6. Rəhbər bilməlidir ki, xalqın çoxu ona iman gətirməz. Belə olsa, d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.