Ər-Rəd surəsi · 10-cu ayə

(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sizlərdən birinin gizli, birinin aşkar danışması, birinin gecədə gizlənməsi, digərinin gündüz aşkar hərəkət etməsi Onun üçün eynidir.”
Nöqtələr
Zahirdə əvvəlki ayənin izahı və tamamlanmasından ibarət olan bu ayə Allahın elmini tanıtdıran ayələrdəndir. Bəli, Allah insanların kiçik və böyük, aşkar və gizli əməllərindən, hətta niyyətlərindən də xəbərdardır. Allahın belə bir elmə sahib olmasına iman ən üstün həya və təqva amili, ən böyük tərbiyə vasitəsi ola bilər. Çünki Allahın əhatəli elmi xeyir əməl sahiblərini təşviq edir, pis əməl sahibləri üçün xəbərdarlıq olur. Maraqlıdır ki, Allah bu ayədə gizli sözlərdən, məxfi işlərdən, gecə baş verənlərdən xəbərdar olmasını önə çəkir.
"Sarib” dedikdə axar su nəzərdə tutulur. Amma gündüz iş ardınca gedən insan da "sarib” adlandırılır.
Bildirişlər
1. Allahın elmi hər şeyi əhatə edir. (Bir şey haqqında çox, bir şey haqqında az bilmək bizə məxsus sifətdir.)

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 10-cu ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 10-cu ayəsi nə haqqındadır?
(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.
Ər-Rəd surəsi 10-cu ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 10-cu ayənin təfsiri nədir?
"Sizlərdən birinin gizli, birinin aşkar danışması, birinin gecədə gizlənməsi, digərinin gündüz aşkar hərəkət etməsi Onun üçün eynidir.”NöqtələrZahirdə əvvəlki ayənin izahı və tamamlanmasından ibarət olan bu ayə Allahın elmini tanıtdıran ayələrdəndir. Bəli, Allah insanların kiçik və böyük, aşkar və gizli əməllərindən, hətta niyyətlərindən də xəbərdardır. Allahın belə bir elmə sahib olmasına iman ən üstün həya və təqva amili, ən böyük tərbiyə vasitəsi ola bilər. Çünki Allahın əhatəli elmi xeyir əm...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.