Ər-Rəd surəsi · 14-cü ayə

Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yalnız Onu çağırmaq haqdır. Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz. Onların vəziyyəti ağzına su çatdırmaq üçün əlini suya doğru açan kəsin vəziyyəti kimidir. Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil.”
Nöqtələr
Allaha pərəstişə dəvət, yalnız Onu həlledici bilmək və Ondan başqalarına bağlanmamaq Quranda dəfələrlə xatırladılmışdır. Məsələn: "Əgər insan yalnız Məndən istəsə, Mən hökmən ona cavab verərəm” ; "Əgər başqalarının sorağına getsə, istədiyini onlardan diləsə, bilsin ki, onlar eşitmirlər və əgər eşitsələr də, cavab verməzlər.”
Məhdud imkanlı insan hadisələrlə dolu həyatında etibarlı bir sığınacağa ehtiyaclıdır. Peyğəmbərlər insana həqiqi sığınacağı tanıtdırırlar. Amma başqalarının (azğın qüvvələrin) yardımları ya alçaltma, ya istismar, ya da təbliğat və mövqenin qorunması məqsədini daşıyır. Əslində onların saya salmadığı yalnız insandır.
İnsan fitrətən haqqa təşnədir və həqiqət istəyindədir. Amma həqiqətə aparan yolu itirir. Allaha iman, eşq, Onunla ünsiyyət, Ona dua və istəkdən savay heç bir şey gözü doymayan insanı sirab etmir. Çünki Allahdan qeyrisi ("dunillah”) yalnız ilğımdır və Allahdan qeyrisindən istəmək hədərdir.
Bildirişlər
1. Allahdan qeyrisinin sorağınca getməyin, Ondan qeyrilərinin əlindən heç nə gəlmir.
2. İnsanların şirk qaynağı onların batil təsəvvür və təxəyyülüdür.
3. Allahı ixlasla, səmimi çağıran insan əliboş qaytarılmır. İnsanı əliboş qoyan onun Allahdan qeyrilərinə üz tutmasıdır.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 14-cü ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 14-cü ayəsi nə haqqındadır?
Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu s...
Ər-Rəd surəsi 14-cü ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 14-cü ayənin təfsiri nədir?
"Yalnız Onu çağırmaq haqdır. Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz. Onların vəziyyəti ağzına su çatdırmaq üçün əlini suya doğru açan kəsin vəziyyəti kimidir. Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil.”NöqtələrAllaha pərəstişə dəvət, yalnız Onu həlledici bilmək və Ondan başqalarına bağlanmamaq Quranda dəfələrlə xatırladılmışdır. Məsələn: "Əgər insan yalnız Məndən istəsə, Mən hökmən ona cavab verərəm” ; "Əgər başqalarının sorağına getsə, istədiyini onlardan diləsə,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.