Ər-Rəd surəsi · 15-ci ayə

Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Göylərdə və yerdə olan hər kəs istər-istəməz öz kölgəsi ilə Allaha səcdə edir.”
Nöqtələr
Şüurlu mövcuda münasibətdə "mən” (hər kəs), şüursuz varlığa münasibətdə "ma” (hər şey) sözləri işlədilir. Amma bu ayəyə oxşar başqa ayələrdə "ma” sözü işlədilmişdir. Belə bir nəticə əldə olunur ki, bu ayədə də məqsəd bütün mövcudların səcdəsidir. Aydın məsələdir ki, kölgənin ağlı yoxdur.
Kölgələrin səcdəsi dedikdə kölgənin yerə düşməsi nəzərdə tutula bilər.
"Usul” sözünün cəm forması olan "asal” (o da "əsl” kökündən olan "əsil” sözünün cəmidir) sözü günün sonu mənasını bildirir.
Bildirişlər
1. Varlıq aləmi Allaha itaət edib səcdəyə qatılırsa, nə üçün biz belə etməyək?
2. Səcdə Allaha məxsusdur.
3. Möminlər həvəslə səcdəyə düşürsə, başqaları ehtiyac səbəbindən təvazö göstərməyə məcbur olurlar.
4. Bir mövcud Allah yolunu tutduqda onun əsərləri də bu yola yönəlir.
5. Mövcudların səcdəsi daimidir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 15-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 15-ci ayəsi nə haqqındadır?
Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin...
Ər-Rəd surəsi 15-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 15-ci ayənin təfsiri nədir?
"Göylərdə və yerdə olan hər kəs istər-istəməz öz kölgəsi ilə Allaha səcdə edir.”NöqtələrŞüurlu mövcuda münasibətdə "mən” (hər kəs), şüursuz varlığa münasibətdə "ma” (hər şey) sözləri işlədilir. Amma bu ayəyə oxşar başqa ayələrdə "ma” sözü işlədilmişdir. Belə bir nəticə əldə olunur ki, bu ayədə də məqsəd bütün mövcudların səcdəsidir. Aydın məsələdir ki, kölgənin ağlı yoxdur.Kölgələrin səcdəsi dedikdə kölgənin yerə düşməsi nəzərdə tutula bilər."Usul” sözünün cəm forması olan "asal” (o da "əsl” kök...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.