Ər-Rəd surəsi · 17-ci ayə

(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah səmadan su nazil etdi, çaylar (hövzələr) öz tutumunca dolub daşdı, sel özü ilə köpük apardı. Zinət və ya bir əşya düzəltmək üçün odda əritdiklərindən selin köpüyü kimi köpük yarandı. Allah haqqı batildən bu sayaq ayırır. Köpük kənara çəkildi, xalq üçün faydalı olan isə yerdə qaldı. Allah bu sayaq misallar çəkər.”
Nöqtələr
Bu ayədə batili tanıtdırmaq üçün iki misal çəkilir: suyun üzərindəki köpük, dəmir əridilərkən onun üzərində yaranan köpük.
Batil köpük kimidir. Çünki müvəqqətidir, haqq sayəsində üzə çıxır, haqqın üzünü örtür, görüntüsü var, dəyəri yox, nə susuzu sirab edir, nə də onda bitki cücərir, vəziyyət aramlaşdıqda məhv olur, üzdə səs-küylüdür, içi isə boş və dəyərsizdir. Digər ayələrdə də bu məsələyə işarə olunmuşdur: "Batili haqla döyəcləyək” ; "Allah batili məhv edər” ; "Batil dünya və axirətdə puçdur” ; "Haqq gəldi, batil getdi” .
Misal vasitəsi ilə əqli məsələlər hiss olunur, məqsədə çatma yolu ilə qısalır, məsələ ümumiləşir, inadkarlar, yerində oturur. Bu səbəbdən də Quran misal üslubundan istifadə etmişdir.
Bildirişlər
1. Allahın feyzi tükənməzdir və hər kəs öz istedadı həddində bəhrələnir.
2. Zəruri və rifah üçün vasitələrin düzəldilməsi istiqamətində səy bəyənilmişdir.
3. Hadisələr sobasında qatqılar üzə çıxır, haqq batildən seçilir.
4. Batilin mövcudluğu üçün xüsusi məkan və zəminə ehtiyac yoxdur (köpük həm selin, həm də əridilmiş filizin üzərində zahir olur).
5. Batilin mənbəsi haqq və həqiqətin bulaşdığı qatqılardır.
6. Haqq və batil birlikdədir, amma sonda batil puç olub gedir.
7. Xalqın faydası haqdadır.
8. Haqq müvəqqəti deyil.
9. Xalq üçün faydalı olan sərvət, bilik, dost və hakimiyyət davamlıdır.
10. Allah tərəfindən nazil olan hər şey yağış kimi xalis və haqdır. Amma həqiqətə maddiyyat qatıldıqda bulaşıqlıq yaranır, köpük və batilin üzə çıxması üçün zəmin hazırlanır.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 17-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 17-ci ayəsi nə haqqındadır?
(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da...
Ər-Rəd surəsi 17-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 17-ci ayənin təfsiri nədir?
"Allah səmadan su nazil etdi, çaylar (hövzələr) öz tutumunca dolub daşdı, sel özü ilə köpük apardı. Zinət və ya bir əşya düzəltmək üçün odda əritdiklərindən selin köpüyü kimi köpük yarandı. Allah haqqı batildən bu sayaq ayırır. Köpük kənara çəkildi, xalq üçün faydalı olan isə yerdə qaldı. Allah bu sayaq misallar çəkər.”NöqtələrBu ayədə batili tanıtdırmaq üçün iki misal çəkilir: suyun üzərindəki köpük, dəmir əridilərkən onun üzərində yaranan köpük.Batil köpük kimidir. Çünki müvəqqətidir, haqq say...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.