Ər-Rəd surəsi · 2-ci ayə

Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Səmaları görə bilməyəcəyiniz sütunlarla ucaldan, ərşə hakim olan, hər biri müəyyən zamanadək dövr edən günəşi və ayı tabe edən Allahdır. O, tədbir tökür, Öz ayələrini aşkar bəyan edir ki, bəlkə Rəbbinizlə görüşə əminliyə çatasınız.”
Nöqtələr
Quranda səmaların Allah tərəfindən saxlandığını bəyan edən bir sıra ayələr var. O cümlədən: "Həqiqətən Allah göyləri və yeri süqutdan hifz edir. Əgər süquta uğrasa, Ondan savay kimsə saxlaya bilməz” ; "Allah göylərin yerə süqutunun qarşısını alır.”
Əllamə Təbatəbai "Əl-Mizan” təfsirində deyir: "Ayədəki "təfsil” sözü səma cisimləri və yerin parçalanmasını bildirir. İnsan bu sayaq parçalanmanı müşahidə etməklə qiyamət günü insanların dəstələrə bölünməsini anlayır.
"Əmd” sözü "əmud” sözünün cəm forması olub sütunlar, dayaqlar mənasını bildirir.
Həzrət Əlidən (ə) soruşulur ki, Allah-təala bütün məxluqun hesabını necə aparır? Həzrət buyurur: "Bütün məxluqata ruzi verdiyi kimi!”
Bildirişlər
1. Göylər möhkəm dayaqlar üzərindədir. Bir şeyi görməmək həmin şeyin olmaması demək deyil. İmam Riza (ə) buyurur: "Sütunlar var, amma siz onları görmürsünüz.”
2. Günəş də hərəkətdədir.
3. Səma cisimləri üçün onların hərəkəti miqdarında vaxt bölgüsü aparılır.
4. Varlıq aləminə ilahi təqdir hakimdir.
5. Ayələri aydınlaşdırmaq Allah üçün çətin deyil. (İstər təşrii ayələr olsun, istərsə də təkvini).
6. Varlıq nizamı məqsədlidir. Məadsız, ölümdən sonrakı həyatsız yaranış mənasız olardı.
7. Məadın dəlili elə tövhidin dəlilidir. Yaradan, tədbir tökən Allah Qiyaməti də bərpa edəcək.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 2-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 2-ci ayəsi nə haqqındadır?
Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə o...
Ər-Rəd surəsi 2-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 2-ci ayənin təfsiri nədir?
"Səmaları görə bilməyəcəyiniz sütunlarla ucaldan, ərşə hakim olan, hər biri müəyyən zamanadək dövr edən günəşi və ayı tabe edən Allahdır. O, tədbir tökür, Öz ayələrini aşkar bəyan edir ki, bəlkə Rəbbinizlə görüşə əminliyə çatasınız.”NöqtələrQuranda səmaların Allah tərəfindən saxlandığını bəyan edən bir sıra ayələr var. O cümlədən: "Həqiqətən Allah göyləri və yeri süqutdan hifz edir. Əgər süquta uğrasa, Ondan savay kimsə saxlaya bilməz” ; "Allah göylərin yerə süqutunun qarşısını alır.”Əllamə Təba...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.