Ər-Rəd surəsi · 20-cu ayə

Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Düşüncə sahibləri) ilahi əhdə vəfa qılan və əhdi pozmayan kəslərdir.”
Nöqtələr
"Əhdillah” dedikdə həm fitri, həm əqli, həm şəri, həm də insanlar arasındakı əhdlər nəzərdə tutulur. Haqq-ədalətə eşq fitri əhd, varlıq aləminin, yaranış və məadın həqiqətlərinin dərki əqli əhd, vacib hökmlərə əməl, haramlardan çəkinmək şəri əhd, insanlar arasındakı hər hansı müqavilə insanlararası əhd sayılır. Allah insanlara haqq əsasında öz aralarında bağladıqları əhdə əməl etməyi vacib buyurmuşdur.
Ən mühüm ilahi əhdlərdən biri səmavi rəhbərlərin imamətidir. Həzrət İbrahim çoxsaylı sınaqlardan sonra imamət məqamına çatıb, Allahdan övladları üçün belə bir məqam istədi. Allah imamət məqamının mahiyyətini aydınlaşdırmaq üçün belə buyurdu: "Mənim əhdim (imamət) zalımlara yetişməz.”
"Misaq” dedikdə insanın qəlbdən əmin olduğu bir şey nəzərdə tutulur. İlahi rəhbərin varlığı insanın qəlbinə və ruhuna aramlıq verdiyindən "misaq” nümunələrindən sayılmışdır.
Valideynə hörmət, əmanətin qaytarılması kimi əhdə vəfadarlıq təkcə İslamda deyil, həm də insan haqlarındandır. Çünki hər bir düşüncəli insan bu vəzifələrə əməl etməlidir.
Bildirişlər
1. Düzgün və sağlam düşüncə insanı Allah dininə vəfalı edir.
2. Əhdə vəfa ağıl və düşüncə nişanələrindəndir.
3. İctimai müqavilələrə hörmət düşüncə sahibi olan möminin xüsusiyyətlərindəndir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 20-cu ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 20-cu ayəsi nə haqqındadır?
Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.
Ər-Rəd surəsi 20-cu ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 20-cu ayənin təfsiri nədir?
"(Düşüncə sahibləri) ilahi əhdə vəfa qılan və əhdi pozmayan kəslərdir.”Nöqtələr"Əhdillah” dedikdə həm fitri, həm əqli, həm şəri, həm də insanlar arasındakı əhdlər nəzərdə tutulur. Haqq-ədalətə eşq fitri əhd, varlıq aləminin, yaranış və məadın həqiqətlərinin dərki əqli əhd, vacib hökmlərə əməl, haramlardan çəkinmək şəri əhd, insanlar arasındakı hər hansı müqavilə insanlararası əhd sayılır. Allah insanlara haqq əsasında öz aralarında bağladıqları əhdə əməl etməyi vacib buyurmuşdur.Ən mühüm ilahi ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.