Ər-Rəd surəsi · 29-cu ayə

Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"İman gətirib saleh işlər görənlərin xoş halına! Onların gözəl aqibəti var.”
Nöqtələr
İnsanlar dörd qisimdir:
a) Həm imanı, həm də saleh əməli olan möminlər;
b) Nə imanı, nə də saleh əməli olan kafirlər;
v) İmanı olduğu halda saleh əməldən uzaq olan fasiqlər (günahkarlar);
q) İman gətirmədiyi halda zahirən yaxşı iş görən münafiqlər.
Ayədəki "tuba” sözü ya "buşra” kimi məsdərdir, ya da "ətyəb” sözünün qadın cinsi forması olub "ən üstün” mənasını bildirir. Ayədə "ən üstün” sözü üçün xüsusi bir nümunə göstərilməmişdir. Ona görə də bu söz ən üstünlərin hamsına şamil olunur. Rəvayətlərdə bildirilir ki, Tuba kökü Peyğəmbər (s) və Əlinin (ə) evində olan, budaqları möminlərə kölgə salan bir ağacdır. Belə bir izahatda bütün paklıq və xeyirlərin səmavi rəhbərlərə itaət kölgəsində olması nəzərdə tutula bilər.
Dar düşüncəli insanlar Peyğəmbəri (s) Fatiməyə (s) daha çox nəvaziş göstərdiyi üçün qınayanda həzrət buyurdu: "Merac gecəsi behiştə aparıldığım vaxt mən Tuba ağacının meyvəsindən yedim və Fatimənin vücudu o meyvədən yoğrulmuşdur. Mən behişt qoxusunu duymaq istədiyim vaxt qızım Fatiməni iyləyirəm.”
İmansız və saleh əməldən uzaq insanların kam alması dərin və davamlı deyil. Həzrət Əli (ə) buyurur: "Bir ləzzətdən sonra ki od gələcək, bu ləzzətdə xeyir yoxdur.”
Bildirişlər
1. Şirin dünya həyatı və xoş axirət aqibəti iman və saleh əməldən asılıdır.
2. Yalnız axirət xoşbəxtliyi ilə sonuclanan və əbədi səadətə mane olmayan dünya ləzzətləri dəyərlidir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 29-cu ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 29-cu ayəsi nə haqqındadır?
Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır.
Ər-Rəd surəsi 29-cu ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 29-cu ayənin təfsiri nədir?
"İman gətirib saleh işlər görənlərin xoş halına! Onların gözəl aqibəti var.”Nöqtələrİnsanlar dörd qisimdir:a) Həm imanı, həm də saleh əməli olan möminlər;b) Nə imanı, nə də saleh əməli olan kafirlər;v) İmanı olduğu halda saleh əməldən uzaq olan fasiqlər (günahkarlar);q) İman gətirmədiyi halda zahirən yaxşı iş görən münafiqlər.Ayədəki "tuba” sözü ya "buşra” kimi məsdərdir, ya da "ətyəb” sözünün qadın cinsi forması olub "ən üstün” mənasını bildirir. Ayədə "ən üstün” sözü üçün xüsusi bir nümunə gös...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.