Ər-Rəd surəsi · 34-cü ayə

Onlar üçün dünya həyatında (döyüşdə məğlubiyyət, xəstəlik və qıtlıq kimi bir sıra) əzab(lar) vardır. Əlbəttə, axirət əzabı daha çətindir. Onları Allah(ın əzabın)dan bir qoruyan (da) yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar üçün dünya həyatında əzab var. Şübhəsiz, axirət əzabı daha ağırdır və Allahın qarşısında onları hifz edəcək kimsə yoxdur.”
Nöqtələr
Axirət əzabı daha ağırdır. Çünki qiyamətdə vasitələr aradan götürülər, əsl-nəsəbin və qohumluğun səmərəsi olmaz, fidyə (cərimə) qəbul edilməz, (insan canını qurtarmaq üçün bütün yaxınlarını, hətta bütün dünyanı fəda etməyə hazır olar), üzr istəmək faydasızdır, dostlar bir-birini boşlayar, bu əzab davamlı və həmişəlikdir, bu əzab yüngülləşməz, bu əzab həm ruha, həm də cismə aiddir.
Bildirişlər
1. Allaha şərik qoşan insan dünyada da əzab çəkər.
2. Şəfaət (əfv üçün vasitəçilik) müşriklərə tətbiq olmaz.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 34-cü ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 34-cü ayəsi nə haqqındadır?
Onlar üçün dünya həyatında (döyüşdə məğlubiyyət, xəstəlik və qıtlıq kimi bir sıra) əzab(lar) vardır. Əlbəttə, axirət əzabı daha çətindir. Onları Allah(ın əzabın)dan bir qoruyan (da) yoxdur.
Ər-Rəd surəsi 34-cü ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 34-cü ayənin təfsiri nədir?
"Onlar üçün dünya həyatında əzab var. Şübhəsiz, axirət əzabı daha ağırdır və Allahın qarşısında onları hifz edəcək kimsə yoxdur.”NöqtələrAxirət əzabı daha ağırdır. Çünki qiyamətdə vasitələr aradan götürülər, əsl-nəsəbin və qohumluğun səmərəsi olmaz, fidyə (cərimə) qəbul edilməz, (insan canını qurtarmaq üçün bütün yaxınlarını, hətta bütün dünyanı fəda etməyə hazır olar), üzr istəmək faydasızdır, dostlar bir-birini boşlayar, bu əzab davamlı və həmişəlikdir, bu əzab yüngülləşməz, bu əzab həm ruha, ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.