Ər-Rəd surəsi · 35-ci ayə

Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Müttəqilərə (təqvalılara, pəhrizkarlara) vəd olunmuş behişt (elədir ki,) altından çaylar axır. (Bu bağların) meyvələri və kölgəsi daimidir. Budur təqva yolunu seçən insanların aqibəti! Kafirlərin sonu oddur.”
Nöqtələr
Quranın təlim-tərbiyə üsullarından biri fərdlər, hallar, nəhayət haqq və batil arasında müqayisə və ölçü aparmaqdır. Ötən ayədə müşriklərin gələcəyi haqqında danışıldığından bu ayədə təqvalı insanların aqibətindən söz açılır. Məqsəd insanların bu iki yolu müqayisə edib daha yaxşı dərk etməklə özünə yol seçə bilməsidir.
Behişt kölgələri daimidir. Behiştdə də günəş, ağaclar və kölgələr var. Amma bu kölgələr dünyadakı kimi vaxt ötdükcə artıb-azalmır. Behişt kölgələri daimidir və eyni bir ölçüdədir.
Sual: "Dəhr” surəsinin 13-cü ayəsində oxuyuruq: "Möminlər behiştdə nə günəş görər, nə də dalayan soyuq.” Bəs hansı əsasla yuxarıdakı ayədə kölgədən danışılır?
Cavab: Günəşi görməmək dedikdə onun istisindən əziyyət çəkməmək nəzərdə tutulur. Əslində günəş işıq verən bir mənbə kimi mövcuddur. İşıq olan yerdə, təbii ki, günəş də olacaq.
Bildirişlər
1. Behiştlə bağlı dərk etdiklərimiz yalnız behiştin oxşarıdır. Əslində bizim kimi məhdudlar behişti olduğu kimi dərk edə bilməz.
2. Behişt nemətləri üçün zaman və məkan məhdudiyyətləri yoxdur, bu nemətlər təravətini itirmir, hər hansı təsirdən korlanmır.
3. Behiştin dəyəri təqvadır və boş yerə kimsəyə verilmir. Dünyada müvəqqəti pəhrizin mükafatı daimi axirət ləzzətidir.
4. Fərdlərin zahirini əsas götürməyin, çünki işin sonu mühümdür.
5. Mömin insan təqvalı olmalıdır. Çünki kafir sözü təqvalı sözünün antonimi kimi işlənir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 35-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 35-ci ayəsi nə haqqındadır?
Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!
Ər-Rəd surəsi 35-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 35-ci ayənin təfsiri nədir?
"Müttəqilərə (təqvalılara, pəhrizkarlara) vəd olunmuş behişt (elədir ki,) altından çaylar axır. (Bu bağların) meyvələri və kölgəsi daimidir. Budur təqva yolunu seçən insanların aqibəti! Kafirlərin sonu oddur.”NöqtələrQuranın təlim-tərbiyə üsullarından biri fərdlər, hallar, nəhayət haqq və batil arasında müqayisə və ölçü aparmaqdır. Ötən ayədə müşriklərin gələcəyi haqqında danışıldığından bu ayədə təqvalı insanların aqibətindən söz açılır. Məqsəd insanların bu iki yolu müqayisə edib daha yaxşı də...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.