Ər-Rəd surəsi · 4-cü ayə

Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yer üzündə bir-birinə yaxın qitələr, hamısı eyni bir su ilə suvarılan, növbənöv üzümü olan bağlar, əkinəcəklər, oxşar və oxşar olmayan xurma bağları vardır. Yemək üçün bəzi meyvələri bəzilərindən üstün etdik. Həqiqətən, bunda düşünən insanlar üçün qəti dəlillər var.”
Nöqtələr
"Sinvan” dedikdə gövdədən ayrılan budaq nəzərdə tutulur. Həmin söz ayədə oxşar mənasını bildirir.
Bildirişlər
1. Yer üzü bir-birinə qonşu qitələrdən ibarətdir. Hər bir qitənin özünəməxsus xüsusiyyətləri var.
2. Meyvələrin rəng, dad, ətir və forma baxımından müxtəlifliyi Allahın qüdrət nişanələrindəndir.
3. Allah meyvələri çeşidli qərar vermişdir, əks təqdirdə bir suyun dadı bir cürdür.
4. Qonşuluq eynilik dəlili deyil. Məhsuldarlıq üstünlük ölçüsüdür.
5. Adi insanlar çeşidli qidalarla yalnız qarnını doydursa, düşüncə sahibləri növbənöv nemətlərlə öz iman ruhlarını da gücləndirirlər.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 4-cü ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 4-cü ayəsi nə haqqındadır?
Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə...
Ər-Rəd surəsi 4-cü ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 4-cü ayənin təfsiri nədir?
"Yer üzündə bir-birinə yaxın qitələr, hamısı eyni bir su ilə suvarılan, növbənöv üzümü olan bağlar, əkinəcəklər, oxşar və oxşar olmayan xurma bağları vardır. Yemək üçün bəzi meyvələri bəzilərindən üstün etdik. Həqiqətən, bunda düşünən insanlar üçün qəti dəlillər var.”Nöqtələr"Sinvan” dedikdə gövdədən ayrılan budaq nəzərdə tutulur. Həmin söz ayədə oxşar mənasını bildirir.Bildirişlər1. Yer üzü bir-birinə qonşu qitələrdən ibarətdir. Hər bir qitənin özünəməxsus xüsusiyyətləri var.2. Meyvələrin rəng,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.