Ər-Rəd surəsi · 43-cü ayə

Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Küfr edənlər deyirlər: «Sən Allahın rəsulu deyilsən.» De ki, Allahım və kitab elmi olan kəsin şahidliyi mənimlə sizin aranızda kafidir.”
Nöqtələr
Bu surənin ilk ayəsində oxuduq ki, xalqın əksəri iman gətirməsə də, Peyğəmbərə (s) nazil olan haqdır. Bu son ayədə də oxuyuruq ki, kafirlər Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) inkar edirlər. Bu münasibəti doğuran batil əhlinin son həddə çatmış inadkarlığıdır.
Əgər həzrət Süleymanın kitab elmindən bir hissəsinə sahib olan köməkçisi bir göz qırpımından tez Səba mələkəsinin taxtını gətirə bilirsə, kitab elminə tamamilə sahib olan kəs hansı qüdrətdə olar!
Rəvayətlərə əsasən "kitab elminə sahib olan kəs” dedikdə həzrət Əli (ə) və peyğəmbər Əhli-beyti (ə) nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Allahın himayəsinə inam təkzib və təhqirlər qarşısında ən yaxşı dayaqdır.
2. İlahi kitabdan xəbərdarlıq insanın məqamını o qədər ucaldır ki, onun şahidliyi Allahın şahidliyi ilə yanaşı qeyd olunur.
3. Bəzən bir şəxsin şəhadəti minlərlə insanın inkarından üstün olur. (Əsas kəmiyyət yox, keyfiyyətdir).

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 43-cü ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 43-cü ayəsi nə haqqındadır?
Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
Ər-Rəd surəsi 43-cü ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 43-cü ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 43-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 43-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 43-cü ayənin təfsiri nədir?
"Küfr edənlər deyirlər: «Sən Allahın rəsulu deyilsən.» De ki, Allahım və kitab elmi olan kəsin şahidliyi mənimlə sizin aranızda kafidir.”NöqtələrBu surənin ilk ayəsində oxuduq ki, xalqın əksəri iman gətirməsə də, Peyğəmbərə (s) nazil olan haqdır. Bu son ayədə də oxuyuruq ki, kafirlər Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) inkar edirlər. Bu münasibəti doğuran batil əhlinin son həddə çatmış inadkarlığıdır.Əgər həzrət Süleymanın kitab elmindən bir hissəsinə sahib olan köməkçisi bir göz qırpım...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.