Ər-Rəd surəsi · 8-ci ayə

Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah hər bir dişinin (qarnında) daşıdığını, bətnlərin cəzb etdiyini (nütfə kimi), onların artırdıqlarını (cəzb mərhələsindən sonra) bilir. Onun yanında hər şeyin miqdar və ölçüsü var.”
Nöqtələr
Bu ayədə öncə Allahın hər bir dişinin daşıdığından xəbərdarlığı bəyan olunur. Sonra bətnlərə malik olan mövcudlara işarə edilir.
"Ğəyz” dedikdə (nütfəni) udmaq mənası başa düşülür. Yəni Allah bətnin özünə cəzb etdiyi, orada dəyişikliyə uğrayan, inkişaf edib artan sudan agahdır.
Bildirişlər
1. Allah bütün mövcudların bətnində olandan xəbərdardır.
2. Allahın elmi cüzi məsələləri də əhatə edir. (O, bətndəkinin irqindən, sifətindən, istedadlarından, formasından və cinsindən agahdır.)
3. Körpənin təkamül və ya tənəzzülündə bətnin mühüm rolu var.
4.Mövcudların yaranış nizamı miqdar və ölçü əsasında dəqiqdir.
(Əgər hamiləlik müddəti az və ya çox olarsa, körpə vaxtından əvvəl düşərsə və ya əkiz olarsa, körpədə eybəcərlik olarsa, bütün bu əyər-əskikliklər hesabsız və təsadüfi deyil.)

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 8-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 8-ci ayəsi nə haqqındadır?
Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) h...
Ər-Rəd surəsi 8-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 8-ci ayənin təfsiri nədir?
"Allah hər bir dişinin (qarnında) daşıdığını, bətnlərin cəzb etdiyini (nütfə kimi), onların artırdıqlarını (cəzb mərhələsindən sonra) bilir. Onun yanında hər şeyin miqdar və ölçüsü var.”NöqtələrBu ayədə öncə Allahın hər bir dişinin daşıdığından xəbərdarlığı bəyan olunur. Sonra bətnlərə malik olan mövcudlara işarə edilir."Ğəyz” dedikdə (nütfəni) udmaq mənası başa düşülür. Yəni Allah bətnin özünə cəzb etdiyi, orada dəyişikliyə uğrayan, inkişaf edib artan sudan agahdır.Bildirişlər1. Allah bütün möv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.