Taha ‏ surəsi · 103-cü ayə

Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.”

Nöqtələr
"Himl” və "həml” sözlərinin lüğət mənaları eynidir. Amma "himl” dedikdə zahiri yük, "həml” dedikdə batini yük nəzərdə tutulur. Məsələn, ana bətnindəki körpə "həml” adlanır.
"Zurq” dedikdə ağ və qara rəngin qarışığı nəzərdə tutulur. Məsələn, kül rəngi bu qəbildəndir. Və insanın korluğuna, qorxusuna, rənginin qaçmasına işarə ola bilər.
"Sur” sözü ya buynuz, ya da surətlər mənasını bildirir. İkinci mənaya əsasən ölülərin dirilməsi üçün onların üzlərinə üfürülmə nəzərdə tutulur.
Qurani-məciddə iki üfürmə qeyd olunur. Birinci üfürmədə bütün canlı mövcudlar ölər, ikinci üfürmədə bütün insanlar hesab üçün ayağa qaldırılar.("Naziat”, 4; "Bəqərə”, 259) "Sur üfürülər” dedikdə qiyamət günündəki ikinci üfürmə nəzərdə tutulur.
Bildirişlər
1. İnsan yol seçimində azad buraxılıb. O həm haqqı, həm də batili qəbul edə bilər.
2. İlahi zikrdən uzaqlıq təkcə dünya bədbəxtliyi ilə yox, həm də axirət bədbəxtliyi ilə sonuclanır.("Rum”, 55.)
3. Qiyamət yükünün təhlükə və ağırlığı kimsəyə məlum deyil.
4. Qiyamətdə günahkar şəxs ya kor və üzü qara məhşur olar, ya da qorxudan gözləri bozarar.
5.Dünya həyatının uzunluğu axirət həyatı ilə müqayisədə bir neçə gün kimi görünür.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 103-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 103-cü ayəsi nə haqqındadır?
Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız.»
Taha ‏ surəsi 103-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 103-cü ayənin təfsiri nədir?
"Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.”Nöqtələr"Himl” və "həml” sözlərinin lüğət mənaları eynidir. Amma "himl” dedikdə zahiri yük, "həml” dedikdə batini yük nəzərdə tutulur. Məsələn, ana bətnindəki körpə "həml” adlanır."Zurq” dedikdə ağ və qara rəngin qarışığı nəzərdə tutulur. Məsələn, kül rəngi bu qəbildəndir. Və insanın korluğuna, qorxusuna, rənginin qaçmasına işarə ola bilər."Sur” sözü ya buynuz, ya da surətlər mənasını bildirir. İkinc...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.