Taha ‏ surəsi · 109-cu ayə

Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həmin gün Allahın izn verib danışığından razı qaldığı kəs istisna olmaqla şəfaət faydasızdır.”

Nöqtələr
Şəfaətin Quran və rəvayətlə bir araya sığmayan inkarı günaha yol vermiş möminləri ümidsizləşdirdiyi kimi, heç bir şərtsiz şəfaətin qəbulu da günahkarları cəsarətləndirir və ilahi ədalətə ziddir. Bu səbəbdən də Qurani-kərim şəfaət üçün müəyyən şərtlər nəzərdə tutur.
Quran baxımından şəfaət günahkarların ümid bacası, onların övliyalarla rabitə vasitəsidir. Şəfaət Allahın iznidir. Yalnız tövhid xəttində olan, düzgün məntiq və haqq etiqada malik insanlar şəfaətdən bəhrələnərlər. Yalnız onların sözü Allah tərəfindən qəbul olunur. Etiqadı məqsədli, müvəqqəti, səthi, məsxərə və nifaq məqsədi daşımayanların əməllərində nöqsan tapıldıqda şəfaət onlara əl tutur.
Bu səbəbdən də Quran bütlərin bütpərəstlərə şəfaətini, onlara yardım göstərməsini batil sayır. Tərəfdarlarının günahını yumaq üçün İsanın fəda olması, şiələrə yardım üçün İmam Hüseynin (ə) şəhadəti kimi yanaşmalar şəfaətin həqiqi mənası ilə bir araya sığmır. Bəli, İmam Hüseyn (ə) qiyamət gününün böyük şəfaətçilərindəndir. Amma bilməliyik ki, şəhadətə qucaq açarkən onun məqsədi tərəfdarlarına şəfaət vermək olmamışdır.
İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: "Peyğəmbərin (s) şəfaəti yalnız əməl və rəftarından razılıq olan kəslər üçündür. Belələri Peyğəmbər (s) Əhli-beytinə (ə) məhəbbətlə yaşamış və bu məhəbbətlə dünyadan köçmüşlər.("Təfsire-nümunə”. )
Bildirişlər
1. Şəfaət xüsusi insanların bəhrələndiyi uca bir məqamdır.
2. Şəfaət Allahın istək və iradəsinə, hikmət və ədalətinə qarşı deyil. Əksinə, bu həqiqət Allahın istəyi əsasında gerçəkləşir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 109-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 109-cu ayəsi nə haqqındadır?
Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
Taha ‏ surəsi 109-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 109-cu ayənin təfsiri nədir?
"Həmin gün Allahın izn verib danışığından razı qaldığı kəs istisna olmaqla şəfaət faydasızdır.”NöqtələrŞəfaətin Quran və rəvayətlə bir araya sığmayan inkarı günaha yol vermiş möminləri ümidsizləşdirdiyi kimi, heç bir şərtsiz şəfaətin qəbulu da günahkarları cəsarətləndirir və ilahi ədalətə ziddir. Bu səbəbdən də Qurani-kərim şəfaət üçün müəyyən şərtlər nəzərdə tutur.Quran baxımından şəfaət günahkarların ümid bacası, onların övliyalarla rabitə vasitəsidir. Şəfaət Allahın iznidir. Yalnız tövhid xət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.