Taha ‏ surəsi · 112-cü ayə

Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Hər kəs saleh işlər görüb mömin olsa, sitəm və (mükafatda) əskiklikdən qorxmasın.”

Nöqtələr
"Həzm” dedikdə əskilmə mənası başa düşülür. Ola bilsin ki, bu səbəbdən qidanın bədənə hopması "həzm” adlandırılmışdır. Bu prosesdə adətən qida getdikcə azalır.("Təfsire-Əl-mizan”.)
Quran və rəvayətlərdən məlum olur ki, insanın əməl və ruhiyyəsi qarşılıqlı təsirə malikdir. Bu səbəbdən də puç ruhiyyəyə malik münafiq, müşrik, riyakar şəxsin yaxşı əməli qəbul olunmur. Əgər kafir bir insan ixtira və kəşf kimi yaxşı bir iş görsə, haqqı anlayaraq inkar etdiyi halda yaxşı işinə görə mükafatlandırılmayacaq. Saf şərbəti çirkli qaba tökəndə də belə olur. Belə bir şərbətdən imtina olunur.
Son on ayədə Qiyamətin bərpası xülasə şəkildə təsvir olundu: Sur üfürülər, ölülər dirilər; günahkarlar səhnəyə gətirilər; dağlar parçalanar; hamı ilahi çağırışçının dəvətini gözləyər; Allahın izni olmadan kimsəyə şəfaət verilməz; Allah Öz elmi əhatəsi ilə bütün hesabları sona çatdırar; hamı ilahi hökm qarşısında təslim olar; zalımlar məyus olar; saleh möminlər aramlığa qovuşar.("Kəhf”, 66.)
Bildirişlər
1. Bir nəfərin bütün saleh işləri yerinə yetirməsi mümkünsüz olsa da, hər kəs öz qüvvəsi daxilində saleh əmələ üz tutmalıdır.
2. Nəinki böyük işlər, hətta zərrəcə saleh əməl mükafatsız qalmır.
3. Allaha iman saleh əməlin qəbul şərtidir.
4. İman əməldən ayrı deyil. Əməlsiz iman meyvəsiz ağac, imansız əməl köksüz ağac kimidir.
5. Möminlərin qiyamətdəki ruhi aramlığı onların saleh əməllərindən asılıdır.
6. Qiyamətdə mükafat nə aradan götürülər, nə də əskildilər.
7. Mükafat insanın haqqı yox, Allahın fəzlidir. Bununla belə Allah kimsənin mükafatını əskiltməz.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 112-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 112-cü ayəsi nə haqqındadır?
Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!
Taha ‏ surəsi 112-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 112-cü ayənin təfsiri nədir?
"Hər kəs saleh işlər görüb mömin olsa, sitəm və (mükafatda) əskiklikdən qorxmasın.”Nöqtələr"Həzm” dedikdə əskilmə mənası başa düşülür. Ola bilsin ki, bu səbəbdən qidanın bədənə hopması "həzm” adlandırılmışdır. Bu prosesdə adətən qida getdikcə azalır.("Təfsire-Əl-mizan”.)Quran və rəvayətlərdən məlum olur ki, insanın əməl və ruhiyyəsi qarşılıqlı təsirə malikdir. Bu səbəbdən də puç ruhiyyəyə malik münafiq, müşrik, riyakar şəxsin yaxşı əməli qəbul olunmur. Əgər kafir bir insan ixtira və kəşf kimi ya...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.