Taha ‏ surəsi · 113-cü ayə

Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Qur’an) onlar üçün yeni bir ibrət gətirsin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Beləcə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Onda müxtəlif bəyanlarla xəbərdarlıq etdik. Bəlkə çəkinələr və ya öyüd götürələr.”

Nöqtələr
"Kəzalikə ənzəlnahu”, yəni Biz Qiyamət səhnələrini açıqlamaqla, həmin mükafat və əzabları bəyan etməklə Quranı bu sayaq xəbərdarlıq edən göndərdik.
"Ərəbi” sözü lüğət baxımından aydın mənasını bildirir. Ola bilsin ki, ərəb dilinə məxsusluq mənası nəzərdə tutulmuşdur. "Sərrəfna”, yəni bir həqiqətin müxtəlif şəkildə bəyanı. Bu bəyan həm işarə, həm də dil, həm misal, həm də tarixin nəqli ilə gerçəkləşə bilər.
Bildirişlər
1. Vəhy qanununun müqəddəsliyi, məqsədlərin aydınlığı, bəyanatların rəngarəngliyi və xəbərdarlıq olması təqvaya meyl və nəsihətin qəbulu üçün zəmindir.
2. Bütün insanlar vəhyə ehtiyaclıdır. Amma bəzilərinə qorxutma, bəzilərinə xəbərdarlıq təsir göstərir.
3. Xəbərdarlıq səmərəsiz qalmır. O ya dərin təsir göstərir, ya məsələni xatırladır, ya nəticə verir, ya da höccət tamamlanır, bəhanəyə yer qalmır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 113-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 113-cü ayəsi nə haqqındadır?
Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Qur’an) onlar üçün yeni bir ibrət gətirsin.
Taha ‏ surəsi 113-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 113-cü ayənin təfsiri nədir?
"Beləcə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Onda müxtəlif bəyanlarla xəbərdarlıq etdik. Bəlkə çəkinələr və ya öyüd götürələr.”Nöqtələr"Kəzalikə ənzəlnahu”, yəni Biz Qiyamət səhnələrini açıqlamaqla, həmin mükafat və əzabları bəyan etməklə Quranı bu sayaq xəbərdarlıq edən göndərdik."Ərəbi” sözü lüğət baxımından aydın mənasını bildirir. Ola bilsin ki, ərəb dilinə məxsusluq mənası nəzərdə tutulmuşdur. "Sərrəfna”, yəni bir həqiqətin müxtəlif şəkildə bəyanı. Bu bəyan həm işarə, həm də dil, həm m...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.