Taha ‏ surəsi · 116-cı ayə

Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 116
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Mələklərə «Adəm üçün səcdə edin» dediyimiz vaxt İblisdən başqa hamısı səcdəyə qapıldı. Yalnız o, boyun qaçırıb imtina etdi.”

Nöqtələr
Quranın başlanğıcından bu yerədək 6-cı dəfədir ki, Adəm və İblisin əhvalatı ilə rastlaşırıq. Əvvəllər "Bəqərə”, "Əraf”, "Hicr”, "İsra” və "Kəhf” surələrində bu mövzuya toxunulmuşdu.("Nisa”, 92.)
Bu əhvalatda "əhd-peyman” dedikdə xüsusi bir bitkinin bəhrəsindən yeməmək göstərişi nəzərdə tutulur. "İtaətsizlik” dedikdə isə əmrin yerinə yetirilməsinə göstərilən diqqətsizlik nəzərdə tutulmuşdur. Axı bir şeyi mütləq yaddan çıxarmağa görə qınaq yoxdur. Ayədə "əzm” dedikdə İblisin vəs-vəsələri qarşısında möhkəm iradə nəzərdə tutulur.
İmam Kazim (ə) buyurur: "Səcdə göstərişi və İblisin itaətsizliyi bir növ Peyğəmbər (s) üçün təsəllidir. Onun nəzərinə çatdırılır ki, göstərişlərinə itaətsizlik səni pərişan etməsin, İblis də Mənim göstərişimə itaət etmədi.("Təfsire-kəbire-Fəxr Razi)
Bildirişlər
1. Allah bəşəriyyəti özbaşına buraxmamışdır.
2. İnsan təbii şəkildə ifrat və təfrit təhlükəsi ilə dayanmış bir mövcuddur. Bu təhlükədən insanı yalnız Allah hifz edə bilər.
3. İlahi vəzifələrin yerinə yetirilməsində əzm göstərmək lazımdır.
4. İnsanın mühüm büdrəmə amillərindən biri insanlıq kəraməti və məqamından xəbərsizlik, digəri daxili və xarici düşməni tanımamaqdır. Quran dəfələrlə bu barədə xəbərdarlıq edir.
5. Allahın əmri ilə mələklərin Adəmə səcdə etməsi Adəmin mələklərdən üstünlüyünü göstərir. Əks-təqdirdə İblis özünü daha xeyirli bilib etiraz etməzdi.
6. Mələklər Allahın əmrinin icrasında bir an belə yubanmır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 116-cı ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 116-cı ayəsi nə haqqındadır?
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.
Taha ‏ surəsi 116-cı ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 116-cı ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 116-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 116-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 116-cı ayənin təfsiri nədir?
"Mələklərə «Adəm üçün səcdə edin» dediyimiz vaxt İblisdən başqa hamısı səcdəyə qapıldı. Yalnız o, boyun qaçırıb imtina etdi.”NöqtələrQuranın başlanğıcından bu yerədək 6-cı dəfədir ki, Adəm və İblisin əhvalatı ilə rastlaşırıq. Əvvəllər "Bəqərə”, "Əraf”, "Hicr”, "İsra” və "Kəhf” surələrində bu mövzuya toxunulmuşdu.("Nisa”, 92.)Bu əhvalatda "əhd-peyman” dedikdə xüsusi bir bitkinin bəhrəsindən yeməmək göstərişi nəzərdə tutulur. "İtaətsizlik” dedikdə isə əmrin yerinə yetirilməsinə göstərilən diqqətsi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.