Taha ‏ surəsi · 119-cu ayə

Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Burada (behiştdə) nə susuz qalarsan, nə də günəşin istisindən əziyyət görərsən.”

Nöqtələr
Burada şeytan yalnız Adəm və Həvvanın düşməni kimi tanıtdırılsa da, başqa bir yerdə onun bütün insanlarla düşmən olduğu qeyd edilir.("Əraf”, 22.)
Ayədə "təşqa” dedikdə maddi həyat çətinlikləri nəzərdə tutulmuşdur. Digər ayələrdən məlum olur ki, behiştdə aclıq, çılpaqlıq, susuzluq yoxdur. Yəni yalnız behiştdən xaric olduqda məşəqqət labüddür.
Bildirişlər
1. Allahın Öz bəndələrinə ən böyük lütflərindən biri onları şeytanın təhlükəsindən xəbərdar etməsidir.
2. Haqq və batil arasında düşmənçilik və müharibə xilqətin əvvəlindən mövcud olmuşdur.
3. Həm qadın, həm də kişi düşmənin təbliğatları və şeytanın vəsvəsələri üçün hədəfdir.
4. Bəndələrə höccəti tamamlamaq, yetərli dəlillər gətirib bəhanələri kəsmək ilahi sünnədir.
5. Dünya həyatı məşəqqətlə müşayiət olunur.
6. İnsanın ilkin ehtiyacları dörd şeydə özünü göstərir: aclıq və susuzluq kimi daxili ehtiyaclar, çılpaqlıq və məskənsizlik kimi xarici ehtiyaclar. Ayədə bu dörd çətinliyin hər birinə işarə olunmuşdur.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 119-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 119-cu ayəsi nə haqqındadır?
Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!
Taha ‏ surəsi 119-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 119-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 119-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 119-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 119-cu ayənin təfsiri nədir?
"Burada (behiştdə) nə susuz qalarsan, nə də günəşin istisindən əziyyət görərsən.”NöqtələrBurada şeytan yalnız Adəm və Həvvanın düşməni kimi tanıtdırılsa da, başqa bir yerdə onun bütün insanlarla düşmən olduğu qeyd edilir.("Əraf”, 22.)Ayədə "təşqa” dedikdə maddi həyat çətinlikləri nəzərdə tutulmuşdur. Digər ayələrdən məlum olur ki, behiştdə aclıq, çılpaqlıq, susuzluq yoxdur. Yəni yalnız behiştdən xaric olduqda məşəqqət labüddür.Bildirişlər1. Allahın Öz bəndələrinə ən böyük lütflərindən biri onlar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.