Taha ‏ surəsi · 121-ci ayə

Beləliklə (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan və ilahi vəzifənin pozulması sayılmayan istiqamətləndirmə göstərişində) itaətsizlik etdi və səhv yola düşdü.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 121
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Adəm və zövcəsi aldanıb,) hər ikisi ondan yedi. Belə ki, (libasları töküldü,) ayıb yerlərini gördülər. Hər ikisi özlərini behişt yarpaqlarına bürüməyə başladılar. Adəm Rəbbinə itaətsizlik göstərdi və yoldan çıxdı.”

Nöqtələr
Şeytan İblisin digər bir adıdır.
Adəm peyğəmbərlik məqamına çatmamış şeytanın vəsvəsəsinə düçar oldu.("Sad”, 82.)
Seyyid ibn Tavus lətif bir bəyanla buyurur: "Şeytan öncə yol göstərmək adı altda Adəmə yaxınlaşdı, sonra ona vəsvəsə etdi.("Nəcm”, 2. )Vay olsun bizlərin halına ki, şeytan öncədən azdırmaq məqsədi ilə sorağımıza gəlir.”("Təfsire-Əl-mizan”. )
"Ğəyy” sözündən olan "ğəva” sözü inkişafın əksini bildirir. Yəni "ğəva” insanı məqsəddən uzaqlaşdıran yoldur. Allah Adəm və əziz Peyğəmbərimiz (s) haqqında fərqli təbirlər işlədir.(Təfsire-nümunə”.)
Şeytanın vəsvəsələri insanın ixtiyarını əlindən almır. Bu səbəbdən də vəsvəsəyə uyan insan özünü və başqalarını qınayır. Halbuki ixtiyarı əlindən alınmış insan məzəmmət olunmur.
HƏZRƏT ADƏMIN GÜNAHI
"Əsa Adəmu Rəbbəhu fəğəva” cümləsi ilə bağlı müxtəlif ehtimallar var:
a) Adəm günaha yol vermədi, sadəcə "tərki-ovla” etdi. Başqa sözlə, yaxşı bir işdən uzaq düşdü. "Ğəva” "azdı” yox, "inkişaf etmədi” mənasını bildirir.
b) Ağaca yaxınlaşmamaq əmri tərbiyəvi xarakter daşıyırdı.("Bihar”, c. 11, s. 164; "Üyunu-əxbarir-Riza”, c. 1, s. 195)
v) "Üsyan” dedikdə həm vacib, həm də müstəhəb işin tərk olunması nəzərdə tutulur.("Təfsire-kəbire-Fəxr Razi”.)
Amma bu ehtimalların heç biri qəbul olunası deyil. Əvvəla, bu və başqa oxşar ayələrdə Adəmin üsyanı aşkar şəkildə bəyan olunur. İkincisi, uyğun qadağanın tərbiyəvi xarakter daşıması ilə bağlı dəlil yoxdur. Üçüncüsü, həmin vaxt kimsə üçün vacib vəzifə olmaması fikri düzgün deyil. Məsələyə uyğun baxışla yanaşsaq şeytanı da günahkar saymamalıyıq. Dördüncüsü, məgər tərbiyəvi xarakterli qadağanı pozarkən tövbəyə ehtiyac qalırmı?! Beşincisi, üsyan sözü Quranda yalnız günah mənasında işlədilmişdir.
Yaxşı olar ki, bu məsələ ilə bağlı məsum imama müraciət edək. Xəlifə Məmun İmam Rzadan (ə) soruşdu: "Əgər peyğəmbərlər məsumdurlarsa, nə üçün ayədə "Adəm Rəbbinə itaətsizlik etdi və yoldan çıxdı” deyilir?” İmam buyurdu: ”Adəmin itaətsizliyi onun peyğəmbərliyə seçilməsindən əvvələ təsadüf edir. Onun gördüyü iş peyğəmbərlik məqamına uyğun deyildi.”(Təfsire-nurus-səqəleyn”. )
Bildirişlər
1. İnsanda mövcud olan meyllər şeytanın nüfuz yoludur. (Şeytan Adəmin ehtiyac və istəklərindən xəbərdar olduğu üçün onun əbədiliyi meylindən istifadə etdi. Bəli, uzun-uzadı arzular insanı günaha sürükləyir)
2. Şeytanlar gözəl adlardan və ünvanlardan insanları azdırmaq və öz çirkin məqsədləri üçün istifadə edirlər.
3. Yalan insanların şeytan tərəfindən aldanış vasitəsidir.
4. İlahi övliyalar büdrədikdə dərhal tənbeh olunur.
5. Çirkinliklərin zahir olması və çılpaqlıq Adəmin üsyanının ilkin əsəri idi.
6. İnsan üçün geyim kəramət və gözəllik, çılpaqlıq alçaqlıq və çirkinlik sayılır.
7. Rəva olmayan bir tikə həyanın getməsinə və çirkinliyin zahirə çıxmasına səbəb olur.
8. Bütün insanların fitrətində çirkinliyi örtmək istəyi var.
9. Allahın əmri ilə müxalifət insanın öz inkişaf və tərbiyəsi ilə müxalifətdir.
10. Günah insanın məhrumiyyətinə səbəb olur.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 121-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 121-ci ayəsi nə haqqındadır?
Beləliklə (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan və ilahi vəzifən...
Taha ‏ surəsi 121-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 121-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 121-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 121-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 121-ci ayənin təfsiri nədir?
"(Adəm və zövcəsi aldanıb,) hər ikisi ondan yedi. Belə ki, (libasları töküldü,) ayıb yerlərini gördülər. Hər ikisi özlərini behişt yarpaqlarına bürüməyə başladılar. Adəm Rəbbinə itaətsizlik göstərdi və yoldan çıxdı.”NöqtələrŞeytan İblisin digər bir adıdır.Adəm peyğəmbərlik məqamına çatmamış şeytanın vəsvəsəsinə düçar oldu.("Sad”, 82.)Seyyid ibn Tavus lətif bir bəyanla buyurur: "Şeytan öncə yol göstərmək adı altda Adəmə yaxınlaşdı, sonra ona vəsvəsə etdi.("Nəcm”, 2. )Vay olsun bizlərin halına ki,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.