Taha ‏ surəsi · 127-ci ayə

Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 127
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həddi aşıb israf edən və Rəbbinin ayələrinə iman gətirməyən hər kəsə bu sayaq cəza verərik. Şübhəsiz, axirət əzabı daha şiddətli və davamlıdır.”

Nöqtələr
Allah zikrinin bariz nümunələrindən biri namazdır. Allah-təala buyurur: "Məni yada salmaq üçün namaz qıl.”("Vəsail”, c. 6, s. 184.)Şübhəsiz ki, Allahı yada salan insanı Allah da yada salasıdır. Bu, Allahın vədidir.("Kafi”, c. 1, s. 436) Allahı unudan kəsləri Allahın da unudacağı şübhə doğurmur.
Allahın rəsulu (s) buyurur: "Quran oxuyub, ona əməl etməyən kəsi Allah kor halda məhşur edər. Həmin bəndə nə üçün səhnəyə kor gətirildiyini soruşduqda xitab olunar ki, onu cəhənnəmə aparın.”("Bəqərə”, 36)
İmam Sadiq (ə) "unudulmuş ayələr” təbiri ilə bağlı buyurur: "Allahın ayələri məsum imamlardır. Onlara arxa çevirən kəs qiyamət günü oda atılacaq.”("Təfsire-Əl-mizan”. "Təfsire-Tibyan”. )
Bildirişlər
1. Bütün ilahi cəzalar ədalətlidir.
2. İnsanın itaətsizliyi etinasızlıqdan qaynaqlansa cəzalandırılasıdır. İxtiyarsız şəkildə baş vermiş xətalara görə məzəmmət yoxdur.
3. Allah öncə höccəti tamamlayır, yetərli dəlillər gətirir, sonra qəhr-qəzəbini və əzabını nazil edir.
4. Nemətlərin israfı və onlardan səmərəsiz istifadə küfr üçün zəmin yaradır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 127-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 127-ci ayəsi nə haqqındadır?
Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.
Taha ‏ surəsi 127-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 127-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 127-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 127-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 127-ci ayənin təfsiri nədir?
"Həddi aşıb israf edən və Rəbbinin ayələrinə iman gətirməyən hər kəsə bu sayaq cəza verərik. Şübhəsiz, axirət əzabı daha şiddətli və davamlıdır.”NöqtələrAllah zikrinin bariz nümunələrindən biri namazdır. Allah-təala buyurur: "Məni yada salmaq üçün namaz qıl.”("Vəsail”, c. 6, s. 184.)Şübhəsiz ki, Allahı yada salan insanı Allah da yada salasıdır. Bu, Allahın vədidir.("Kafi”, c. 1, s. 436) Allahı unudan kəsləri Allahın da unudacağı şübhə doğurmur.Allahın rəsulu (s) buyurur: "Quran oxuyub, ona ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.