Taha ‏ surəsi · 130-cu ayə

Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 130
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Onların dediklərinə səbir et. Günəş doğmamışdan və qürub etməmişdən öncə Rəbbinə sitayişlə Ona təsbih de. Gecənin bəzi vaxtlarında və gün ətrafı təsbih söylə. Ola bilsin ki, razı qalasan (xoşhal olasan).”

Nöqtələr
Allah-təala Qurani-kərimdə 19 dəfə Peyğəmbərə (s) səbir göstərişi verir.
Bu ayə də "Bəqərə” surəsinin 45-ci ayəsi kimi Peyğəmbəri (s) səbrə və Rəbbinə sitayişə çağırır. Ayədə zahirən Peyğəmbərə (s) müraciət olunsa da, göstərişlər ümumi ünvanlanmışdır.
Bəzi rəvayətlərə və bəzi təfsirçilərin nəzərinə əsasən, ayədə gündəlik yövmiyyə namazları, gün uzunu qılınası namazlar nəzərdə tutulur. "Gün ətrafı” dedikdə isə gündəlik müstəhəb nafilə) namazlarına işarə olunmuşdur.
Bildirişlər
1. Allahın tədbirinə, əzabın qanunauyğunluğuna, ilahi sünnələrə diqqət səbir və təsbih üçün müqəddimədir.
2. İnsanın səbri onun rastlaşdığı çətinliklər həddində olmalıdır.
3. Allaha həmd-səna və onun təsbihi düşmənin inadkarlıqları və təbliğatları qarşısında ruhiyyəni gücləndirən vasitədir.
4. Allaha sitayiş və həmd-səna yolu ilə Ona tasbih edilir.
5. Çirkinliklərdən təmizlənmək yaxşılıqlarla zinətlənməkdən öndə gəlir. Təsbih (Allahı pak bilmək) həmddən müqəddəmdir.
6. Quran təbii meyarlardan istifadə etməklə vəzifələr üçün zaman müəyyənləşdirir.
7. İlahi təsbih və həmd-səna günəşin tülu (doğuş) və qürubundan öncə xüsüsi təsirə malikdir.
8. Vaxtımızı ilahi zikrlə keçirək. Belə etsək, boş fikirlərə yer qalmaz.
9. Gecə təkcə yatmaq üçün deyil. Onun bir hissəsini ibadət üçün ayırmaq lazımdır.
10. Bütün şərtlər ödəndikdə Allahın zikri böyük nəticələr verir. (Allah zikri təklikdə bəs etmir, səy, vəhdət, ixlas kimi digər şərtlər də ödənməlidir.)
11. Təkamülün ən üstün dərəcəsi razılıq məqamıdır. (Təkamülün dərəcələri var: Səbir, Allahı pak bilmək, Allaha həmd-səna, sitayiş, Allahın qəza-qədərindən razılıq.)

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 130-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 130-cu ayəsi nə haqqındadır?
Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibad...
Taha ‏ surəsi 130-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 130-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 130-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 130-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 130-cu ayənin təfsiri nədir?
"Onların dediklərinə səbir et. Günəş doğmamışdan və qürub etməmişdən öncə Rəbbinə sitayişlə Ona təsbih de. Gecənin bəzi vaxtlarında və gün ətrafı təsbih söylə. Ola bilsin ki, razı qalasan (xoşhal olasan).”NöqtələrAllah-təala Qurani-kərimdə 19 dəfə Peyğəmbərə (s) səbir göstərişi verir.Bu ayə də "Bəqərə” surəsinin 45-ci ayəsi kimi Peyğəmbəri (s) səbrə və Rəbbinə sitayişə çağırır. Ayədə zahirən Peyğəmbərə (s) müraciət olunsa da, göstərişlər ümumi ünvanlanmışdır.Bəzi rəvayətlərə və bəzi təfsirçiləri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.