Taha ‏ surəsi · 132-ci ayə

Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 132
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Ailənə namazı əmr et. Özün bu işdə möhkəm ol. Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. (Yaxşı) aqibət təqva əhli üçündür.”

Nöqtələr
Çoxsaylı rəvayətlərdə bildirilir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay ardıcıl Əli (ə) və Fatimənin (s) qapısını döyüb buyururdu: "Namaz!” Sonra həzrət "Təthir” ayəsini oxuyurdu.("Təfsire-furqan”.)
Həzrət Peyğəmbər (s) sıxıntıya düşdüyü vaxt bu ayəni oxuyar və ailəsinə namaz göstərişi verərdi.("Təvilul-ayat”, s. 317. )
"İstəbir ələyha”, yəni həm namazın icrasında, həm də ona çağırışda möhkəm ol.
Bildirişlər
1. Əmr be məruf (yaxşılığa əmr) maddiyyat əsiri olmayanlara daha çox təsir göstərir.
2. İslam cəmiyyətinin rəhbəri öz ailəsindən xəbərsiz olmamalıdır.
3. Kişi öz ailəsinin etiqadına görə məsuliyyət daşıyır. Ailənin təkcə maddi ehtiyaclarını ödəmək yetərli deyil.
4. Əmr be məruf üçün ən mühüm ünvanlardan biri insanın ailəsi və yaxınlarıdır. ("Əhl” dedikdə təkcə ailə-övlad yox, bütün ev əhli nəzərdə tutulur.)
5. Təbliğatçı ilkin mərhələdə öz ailəsini doğru yola çağırmalıdır.
6. Tərbiyənin ilk mərhələsi ailə ocağında gerçəkləşir.
7. Bütün göstərişlər arasından namaz göstərişinə önəm verilməsi ailə üzvlərinin sığortalanma rəmzidir.
8. Dünya bağlılıqları və dəbdəbəsindən namaza sığınaq.
9. Namaz xeyir əməlin ən bariz nümunələrindəndir.
10. Namazın ailə üçün mühüm əhəmiyyəti var. Valideyn bu məsələyə diqqətli olmalıdır.
11. Əmr be mərufda davamlılıq və möhkəmlik şərtdir.
12. İbadətlərimizin Allaha heç bir faydası yoxdur. Namaz özümüz üçün faydalıdır.
13. Yaxşılığa çağırış ciddi olmalı, işin sonu açıqlanmalıdır.
14. Namaz paklıq və təqva üçün zəmin yaradır.
15. Xoş aqibət maddiyyat yox, ilahi təqva sayəsində əldə olunur.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 132-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 132-ci ayəsi nə haqqındadır?
Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.
Taha ‏ surəsi 132-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 132-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 132-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 132-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 132-ci ayənin təfsiri nədir?
"Ailənə namazı əmr et. Özün bu işdə möhkəm ol. Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. (Yaxşı) aqibət təqva əhli üçündür.”NöqtələrÇoxsaylı rəvayətlərdə bildirilir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay ardıcıl Əli (ə) və Fatimənin (s) qapısını döyüb buyururdu: "Namaz!” Sonra həzrət "Təthir” ayəsini oxuyurdu.("Təfsire-furqan”.)Həzrət Peyğəmbər (s) sıxıntıya düşdüyü vaxt bu ayəni oxuyar və ailəsinə namaz göstərişi verərdi.("Təvilul-ayat”, s. 317. )"İstəbir ələyha”, yəni hə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.