Taha ‏ surəsi · 133-cü ayə

(Kafirlər Qur’anı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Qur’an) onlara çatmayıb?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 133
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə və nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil və nişanə gəlməmişdimi?!”

Nöqtələr
Müşriklər tələb edirdilər ki, İslam Peyğəmbəri (s) də həzrət Musa kimi möcüzələr göstərsin. Amma Allah-təala buyurur: "Quran möcüzəsinin bütün əvvəlki möcüzələrdən üstün olduğunu bilmirsinizmi?! Məgər həmin möcüzələr qarşısında inadkarlıq göstərmədilərmi?!”
Əvvəlki kitablar dedikdə Tövrat, İncil və Zəbur nəzərdə tutulur.
Bildirişlər
1. Bəhanə xarakterli tələblərə məhəl qoymamaq lazımdır. (Bu sayaq tələblər inadkar və təkəbbürlü insanlara aiddir. Onlar aşkar dəlili bir kənara qoyub, başqa tələblər irəli sürürlər.)
2. Əsas məsələ möcüzə yox, qarşı tərəfin qəbul ruhiyyəsidir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 133-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 133-cü ayəsi nə haqqındadır?
(Kafirlər Qur’anı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Qur’an) onlara çatmayıb?!
Taha ‏ surəsi 133-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 133-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 133-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 133-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 133-cü ayənin təfsiri nədir?
"(Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə və nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil və nişanə gəlməmişdimi?!”NöqtələrMüşriklər tələb edirdilər ki, İslam Peyğəmbəri (s) də həzrət Musa kimi möcüzələr göstərsin. Amma Allah-təala buyurur: "Quran möcüzəsinin bütün əvvəlki möcüzələrdən üstün olduğunu bilmirsinizmi?! Məgər həmin möcüzələr qarşısında inadkarlıq göstərmədilərmi?!”Əvvəlki kitablar dedikdə Tövrat, İncil və Zəbur nəzərdə tutul...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.