Taha ‏ surəsi · 24-cü ayə

(İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”

Nöqtələr
Həzrət Musanın ikinci möcüzəsi "yədi-bəyza”, yəni ağ əl idi. Bu möcüzə Quranda üç təbirlə xatırlanır. Bu təbirlərdən ikisi "Qəsəs” surəsinin 32-ci və "Nəml” surəsinin 12-ci ayələrindədir. 3-cü təbir hazırkı ayədə bəyan olunmuşdur. Bütün deyilənləri belə yekunlaşdırmaq olar: "Əlini yaxandan sal və boynunadək apar.”
Tövratda deyilir: Musanın əlindəki ağlıq xəstəlikdən idi. (Tövrat, sifri-xüruc, 4-cü fəsil) Amma Quran "eybsiz” təbiri ilə anladır ki, Musanın əlindəki ağlıq xəstəlikdən deyildi, bir nur idi və Tövrat təhrif olunmuşdur.
Bildirişlər
1. Allahın qüdrət əli açıqdır. O, hər an istənilən bir vasitə ilə Öz qüdrətini nümayiş etdirə bilər.
2. Qarşı tərəfin təkəbbür və inadkarlığı böyük olduqca, daha böyük möcüzəyə ehtiyac duyulur. (Fironlar üçün bir neçə möcüzə lazımdır.)
3. Zalım hakimi haqqa dəvət etmək istəyən kəs öncə özü haqqın əsərlərini görməlidir.
4. Peyğəmbərlərin möcüzələri ilahi nişanələrin bir guşəsidir.
5. Peyğəmbərlərin ilkin vəzifəsi zalım hakimlərlə mübarizədir.
6. Xalqın gəlişini gözləmək həmişə zəruri olmur. Bəzən hətta peyğəmbərlər zalım hakimlərin hidayəti üçün hərəkət etməli olur.
7. Cəmiyyətin islahı üçün fitnə-fəsadın kökünü tapmaq lazımdır.
8. Din siyasətdən ayrı deyil. Musa mövcud hakimiyyətin islahı üçün hərəkət etdi.
9. Zalım hakimiyyətlə mübarizə siyasi nümayiş yox, ilahi bir vəzifədir.
10. Bütün inkarların kökü haqq qarşısında tüğyan və itaətsizlikdir.
Firon Rəbblik iddiası ilə tüğyan qopararkən qorxu yaradır, təfriqə salır və xalqı qul edirdi.
11. İman, ibadət və sabitqədəmliklə silahlanmış kəslər zalım qüvvələrlə mübarizə apara bilərlər.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 24-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 24-cü ayəsi nə haqqındadır?
(İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.
Taha ‏ surəsi 24-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 24-cü ayənin təfsiri nədir?
"(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”NöqtələrHəzrət Musanın ikinci möcüzəsi "yədi-bəyza”, yəni ağ əl idi. Bu möcüzə Quranda üç təbirlə xatırlanır. Bu təbirlərdən ikisi "Qəsəs” surəsinin 32-ci və "Nəml” surəsinin 12-ci ayələrindədir. 3-cü təbir hazırkı ayədə bəyan olunmuşdur. Bütün deyilənləri belə yekunlaşdırmaq olar: "Əlini yaxandan sal və boynunadək apar.”Tövratda deyilir: Musanın əlindəki ağlıq xəstəlikdən idi. (Tövrat, sifri-xüruc, 4-cü fəsil) Amma Qura...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.