Taha ‏ surəsi · 27-ci ayə

Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Dilimdəki düyünü aç, qoy sözlərimi (yaxşı) anlasınlar.”

Nöqtələr
Həzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.
Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.("Bəqərə”, 10; "Maidə”, 13; "Səff”, 5; "Nəhl”, 108; "Mutəffifin”, 14; "Kəhf”, 57; "Muhəmməd”, 24; "Bəqərə”, 7; "Tövbə”, 127)
Geniş köks həm insanın özü, həm də məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruridir. Ayədəki "li” hissəsi vəhyin qəbulunda böyük tutuma ehtiyac olduğunu göstərir. "İnşirah” surəsində də "geniş köks” ("sieyi-sədr”) mövzusuna toxunulur.

MÖMIN VƏ KAFIR QƏLBININ XÜSUSIYYƏTLƏRI
Mömin və kafir qəlblərinin fərqli səciyyələri vardır. Mömin qəlbində: həyat, şəfa, paklıq, geniş köks, hidayət, iman, aramlıq, ülfət, əminlik.(Təfsire-dürrül-mənsur”. "Təfsire-nurus-səqəleyn”.)
Kafir qəlbində: xəstəlik, daşlıq, inkarçılıq, möhürlənmə, əhatəli zülmət, hicab, kilidlənmə, bərklik, anlamazlıq.("Təfsire-Məcməül-bəyan”. )

Bildirişlər
1. İstənilən bir işdə ilkin müvəffəqiyyət şərti geniş köksdür.
2. Məsuliyyətdən qorxub qaçmaq əvəzinə Allahdan vəzifəni yerinə yetirmək üçün imkan, müqəddimə, vasitə diləmək lazımdır.
3. Hər bir işdən öncə dua təvəkkül rəmzi, təhlükələrdən uzaqlıq səbəbidir. Dua özü də ibadət, ehtiyaclılığın elanı sayılır.
4. Xalqın təlim-tərbiyəsi və zalım qüvvələrlə mübarizə tam şəkildə tərbiyəçi və mücahidin səbir və hövsələsindən asılıdır.
5. Peyğəmbərlik tündlük və qəddarlıqla bir araya sığmır. Böyük iş böyük ruh tələb edir. (Musa qarşıdurma zamanı bir nəfəri yumruqla vurub öldürdü. Bu səbəbdən də Allahdan geniş köks istədi.)
6. Quranda peyğəmbərlərin duası "Rəbb” xitabı ilə başlayır.
7. İlahi lütflərə çatmaq üçün böyük ruh, geniş qəlbə ehtiyac var.
8. Geniş kökslə (qəlblə) işlər asanlaşır.
9. Sadə danışıq və rəvan bəyan özü də bir kamillikdir.
10. Xalqın hidayət və səfərbərliyində, mücahidlərə ruh verilməsində və zalım qüvvələrin qorxudulmasında iti dilin mühüm rolu var.
11. Əsas məsələ gözəl sözlərdən istifadə etmək yox, xalqı anlatmaqdır.
12. Təbliğatçının dilini xalqın yaxşı anlaması təbliğdə müvəffəqiyyət şərtidir.
13. Təbliğdə xalqın düşüncəsini dərinləşdirən hər vasitədən istifadə edilməlidir.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 27-ci ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 27-ci ayəsi nə haqqındadır?
Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç
Taha ‏ surəsi 27-ci ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 27-ci ayənin təfsiri nədir?
"Dilimdəki düyünü aç, qoy sözlərimi (yaxşı) anlasınlar.”NöqtələrHəzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.("Bəqərə”, 10; "Maidə”, 13; "Səff”, 5; "Nəhl”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.