Taha ‏ surəsi · 39-cu ayə

(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Ona belə vəhy etdik:) Öz körpəni bir sandığa qoy, sonra onu dəryaya at. Qoy dərya onu sahilə çıxarsın. Və Mənim və onun düşməni onu götürsün. (Ey Musa,) Mən Öz tərəfimdən sənin üçün məhəbbət yetirdim ki, (səni sevələr və) Mənim nəzərim altda ərsəyə çatasan.”

Nöqtələr
Ayədə vəhy deyərkən ilham, təlqin nəzərdə tutulur. Şübhəsiz ki, söhbət peyğəmbərlərə məxsus vəhydən getmir. Çünki risalət kişilərə məxsusdur.("Səcdə”, 17. )
"Tabut” dedikdə sandıq, "yəmm” dedikdə dərya nəzərdə tutulur. "Yəmm” sözü Quranda səkkiz dəfə və hər dəfə həzrət Musanın əhvalatı ilə bağlı işlədilmişdir.
Bu gün sənət sözü yalnız istehsalla bağlı işlədilirsə, Quran insan tərbiyəsi ilə bağlı da uyğun sözdən istifadə edir.
Allah bir işin gerçəkləşməsini istəyən kimi, onun bütün müqəddimələri hazır olur. Musanın hifzi üçün onun anasına ilham edilir ki, övladını dəryaya atsın. Dəryaya əmr olunur ki, sandığı sahilə çıxarsın. İş bununla başa çatmır. Düşmənə sandığı götürmək təlqin olunur, həm də körpənin məhəbbəti onun qəlbinə salınır.
İmam Baqir (ə) buyurur: "Allah xalqın qəlbində Musaya elə bir məhəbbət yaratmışdı ki, onu görən dərhal sevirdi.("Məryəm”, 52)
Dünya bağlılıqlarında və dostluqlarından qurtuluş kamilliyə çatmaq rəmzidir. O cümlədən:
a) Özünə əsir olmamaq (İbrahim oda atılmasına razı oldu.);
b) Zövcəyə əsir olmamaq (İbrahim öz zövcəsini otsuz-susuz Məkkədə qoyub getdi.);
v) Övlada əsir olmamaq (Musanın anası öz körpəsini dəryaya atdı; İbrahim İsmaili qurban verməklə razılaşdı.);
q) Şəhvət əsiri olmamaq (Yusif Əzizi-Misrin zövcəsinin işrət təklifini rədd etdi.);
e) Yuxu əsiri olmamaq (Gecə yarı namazın savabını Allahdan başqa kimsə bilmir.);("Taha”, 13)
Bildirişlər
1. Bəzən valideynə xatir xüsusi lütf olunur.
2. Qadın elə bir məqama çata bilər ki, Allah ona ilham edər. (Bu, sadəcə bir ilham deyildi. Çünki Musanın anası bu ilham vasitəsi ilə öz övladını dalğaların qoynuna atdı.)
3. Peyğəmbərlərin hərəkatında qadınlar da rol oynamışdır.
4. Dərya varlıq aləminin bir hissəsi kimi Allahın əmrinə tabedir.
5. "Əduvv” (düşmən) sözünün təkrarlanması zalım hakimlərin ilahi peyğəmbərlərə qarşı ədavətinin dərinliyini göstərir.
6. Əgər Allah istəsə, düşmən də xeyirə səbəb olar.
7. Sevimlilik ilahi lütflərdən biridir. Qəlblər də, məhəbbət də Ona məxsusdur.
8. Allahın övliyaları Onun xüsusi nəzər və tərbiyəsi altındadır.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 39-cu ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 39-cu ayəsi nə haqqındadır?
(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən ...
Taha ‏ surəsi 39-cu ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 39-cu ayənin təfsiri nədir?
"(Ona belə vəhy etdik:) Öz körpəni bir sandığa qoy, sonra onu dəryaya at. Qoy dərya onu sahilə çıxarsın. Və Mənim və onun düşməni onu götürsün. (Ey Musa,) Mən Öz tərəfimdən sənin üçün məhəbbət yetirdim ki, (səni sevələr və) Mənim nəzərim altda ərsəyə çatasan.”NöqtələrAyədə vəhy deyərkən ilham, təlqin nəzərdə tutulur. Şübhəsiz ki, söhbət peyğəmbərlərə məxsus vəhydən getmir. Çünki risalət kişilərə məxsusdur.("Səcdə”, 17. )"Tabut” dedikdə sandıq, "yəmm” dedikdə dərya nəzərdə tutulur. "Yəmm” sözü Qu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.