Taha ‏ surəsi · 64-cü ayə

Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Qurğularınızı cəmləyin, sonra bir cərgəyə düzülün. Şübhəsiz, bu gün qələbə üstünlük əldə edən kəsindir.”

Nöqtələr
Məsulların və hakimlərin xalqın hansı etiqadda olmasında mühüm rolu var. Firon 57-ci ayədə Musaya deyirdi: "Sən sehr yolu ilə bizi məmləkətimizdən çıxarmaq istəyirsən.” Bu ayədə isə eyni sözləri Fironun tərəfdarları təkrarlayırlar.
İlahi insanların məntiqinə əsasən qələbə təqvalılara, pəhrizkarlara məxsusdur.("Ali-İmran”, 139) Dünyanın super güclərinin şüarı üstünlük və hakimlikdir.
Bildirişlər
1. Zalım hakimlər xalqı ilahi insanlara qarşı qaldırmaq üçün onları milli ayinlərə müxalif kimi tanıtdırırlar.
2. Malikiyyət (mülk sahibliyi) təbii bir istəkdir. İnsanlar bu istəyə qarşı çıxanlarla mübarizə aparır. (Vətən sevgisi bütün insanlarda mövcud olan fitri istəkdir.)
3. Vəhdət qələbə, ixtilaf isə süqut rəmzidir. Fironçular bütün köməkçilərini həmkarlığa və qüvvələrin səfərbərliyinə çağırdılar.
4. Nizam-intizam düşməni qorxuya salan amillərdəndir.
5. Düşmənlər haqqı aradan götürmək üçün bir məqsəd ətrafında toplanır və bütün hərəkətlərini uyğunlaşdırırlar.

Tez-tez Verilən Suallar

Taha ‏ surəsi 64-cü ayə haqqında suallar və cavablar

Taha ‏ surəsinin 64-cü ayəsi nə haqqındadır?
Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
Taha ‏ surəsi 64-cü ayə hansı surədə yerləşir?
Taha ‏ surəsi Quran-ı Kərimin 20-ci surəsidir. Bu surə Məkkəvi surədir və 64-cü ayə Taha ‏ surəsinin tərkib hissəsidir.
Taha ‏ surəsi 64-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Taha ‏ surəsinin 64-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Taha ‏ surəsi 64-cü ayənin təfsiri nədir?
"Qurğularınızı cəmləyin, sonra bir cərgəyə düzülün. Şübhəsiz, bu gün qələbə üstünlük əldə edən kəsindir.”NöqtələrMəsulların və hakimlərin xalqın hansı etiqadda olmasında mühüm rolu var. Firon 57-ci ayədə Musaya deyirdi: "Sən sehr yolu ilə bizi məmləkətimizdən çıxarmaq istəyirsən.” Bu ayədə isə eyni sözləri Fironun tərəfdarları təkrarlayırlar.İlahi insanların məntiqinə əsasən qələbə təqvalılara, pəhrizkarlara məxsusdur.("Ali-İmran”, 139) Dünyanın super güclərinin şüarı üstünlük və hakimlikdi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.