Ət-Tövbə surəsi · 10-cu ayə

Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar həmin təcavüzkarlardır.”
Nöqtələr
Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir.
Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı. Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi.
Bildirişlər
1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd göstərməyin.
2. Kafirlərin nəzərində müsəlmanların ən böyük günahı onların Allaha iman gətirmələridir. Onların iman əhli ilə düşmənçilikdə bəhanələri budur. 
3. Əhdi pozmaq təcavüzkarlıqdır.
4. Qohumların hüququna riayət və əhdə vəfalı olmaq vacibdir. Bu göstərişlərə etinasızlıq təcavüzkarlıq ruhundan doğur.
5. Əhdi pozmuş müşriklərlə döyüş müdafiə xarakteri daşıyır. On üçüncü ayədə qeyd olunduğu kimi bu döyüşü müsəlmanlar başlamamışdır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 10-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 10-cu ayəsi nə haqqındadır?
Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.
Ət-Tövbə surəsi 10-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 10-cu ayənin təfsiri nədir?
"(Əhdi pozan müşriklər təkcə sizə münasibətdə yox) heç bir möminə münasibətdə yaxınlıq haqqına və əhd-peymana riayət etməyəcəklər. Onlar həmin təcavüzkarlardır.” Nöqtələr Bu ayə də müşriklərdən bəraətlə bağlı ciddi ilahi göstərişi bəyan edir. Ötən iki ayədə sizə münasibətdə peymanlara əməl olunmamasından danışıldı. Bu ayədə isə onların bütün iman əhli ilə düşmənçilikləri qeyd edildi. Bildirişlər 1. Müşriklər möminlərlə düşməndirlər. Belə isə, onlarla sərt rəftarda tərəddüd göstərməyin. 2. Kafirl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.