Ət-Tövbə surəsi · 105-ci ayə

Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, əməl edin, tezliklə Allah, Onun rəsulu və möminlər sizin işinizi görərlər. Tezliklə qeyb və aşkarı bilənə doğru qaytarılarsınız. Sizi gördüyünüz işlərdən agah edəcək.”
Nöqtələr
Allahın, Peyğəmbərin (s) və möminlərin bizim əməllərimizdən xəbər tutacağını bildirən bu ayə əslində əməllərin övliyalara çatdırılması kimi şiə əqidəsini təsdiqləyir. Əməllər gündəlik, həftəlik və ya aylıq olaraq övliyalara çatdırılır. Əməllərimiz xeyir olduqda, övliyalar da bizə görə şadlanır. Əməllər pis olduqda, onlar qəmlənirlər. Belə bir həqiqətə iman təqva və həyaya müsbət təsir göstərir. İmam Sadiq (ə) buyurmuşdur: "Ey xalq! Öz günahlarınızla Allah rəsulunu narahat etməyin.” 
Rəvayətlərə əsasən bu ayədəki "möminlər” təbiri məsum imamlara işarədir. Allah imamları bizim əməllərimizdən xəbərdar edir. 
Bildirişlər
1. İnsan öz-özlüyündə azaddır.
2. Əməllərimizin Allahın hüzurunda baş verməsinə diqqət günaha mane olur.
3. Ətrafdan baxanlar çox olduqca xəcalət hissi də güclənir. Xüsusi ilə Allah, Peyğəmbər (s) və möminlərin nəzəri günaha mane olur.
4. Ölçü meyarı əməldir. Düna həyatında övliyalara çatdırılan bizim əməllərimizdir. Qiyamətdə də sorğuya çəkilən əməldir.
5. Əməllərimizin mahiyyəti qiyamət günü aşkarlanacaq.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 105-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 105-ci ayəsi nə haqqındadır?
Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».
Ət-Tövbə surəsi 105-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 105-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 105-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 105-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 105-ci ayənin təfsiri nədir?
"De ki, əməl edin, tezliklə Allah, Onun rəsulu və möminlər sizin işinizi görərlər. Tezliklə qeyb və aşkarı bilənə doğru qaytarılarsınız. Sizi gördüyünüz işlərdən agah edəcək.” Nöqtələr Allahın, Peyğəmbərin (s) və möminlərin bizim əməllərimizdən xəbər tutacağını bildirən bu ayə əslində əməllərin övliyalara çatdırılması kimi şiə əqidəsini təsdiqləyir. Əməllər gündəlik, həftəlik və ya aylıq olaraq övliyalara çatdırılır. Əməllərimiz xeyir olduqda, övliyalar da bizə görə şadlanır. Əməllər pis olduqda...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.