Ət-Tövbə surəsi · 108-ci ayə

Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Orada (Zirar məscidində) heç vaxt (namaza) durma. Həqiqətən, ilk gündən təqva üzərində bina olunmuş məscid namaz qılınması üçün daha layiqdir. (Çünki) o məsciddə paklanmaq istəyində olan kişilər var. Allah pakları sevir.”
Nöqtələr
Öncədən təqva üzərində bina olunmuş məscid Qoba məscididir. Bu məscid Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı tikilmişdir. 
Fəxr-Razi deyir: "Məscidin dəyərli olmasında təqva kökü əsasdırsa, insanın da iman və təqvada öncül olması daha dəyərlidir. İlk gündən iman gətirən həzrət Əli (ə) illər uzunu şirkdən sonra İslamı qəbul edənlərdən üstündür.” 
Bildirişlər
1. İslam quruluşuna müxalifətdə dayananların mərkəzinə çevrilmiş məsciddə namaza durmayın.
2. İbadət siyasətdən ayrı deyil. Batili hətta namazla gücləndirmək olmaz. (Küfr, nifaq və təfriqəni təsdiqləmək haramdır.)
3. Rəhbər başqaları üçün nümunədir. Peyğəmbər Zirar məscidinə daxil olmamalıdır ki, başqaları da daxil olmasın. Bu səbəbdən də ayədə Peyğəmbərə (s) xitab olunur.
4. Cəmiyyətin rəhbəri hamıdan qabaq mövqe tutmalıdır.
5. Xalqı fəsad mərkəzlərindən uzaq olmağa çağırırıqsa, onlar üçün sağlam, faydalı mərkəzlər yaratmalıyıq.
6. Hər bir şeyin dəyəri onun bünövrəsini qoyanın məqsəd və niyyətindən asılıdır.
7. Məscid cisim və ruhun paklanma zəminidir.
8. Salehlərlə yoldaşlıq dəyərdir.
9. Məkanların dəyəri oraya get-gəl edən fərdlərin dəyərindən asılıdır. Məscid günbəz və minarəsi ilə yox, pak namaz qılanları ilə seçilməlidir.
10. Namaz və məscid təlim-tərbiyə və paklıq vasitəsidir.
11. Kamillik və paklığa eşq özü bir kamaldır.
12. Paklar Allahın məhbubudurlar.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 108-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 108-ci ayəsi nə haqqındadır?
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
Ət-Tövbə surəsi 108-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 108-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 108-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 108-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 108-ci ayənin təfsiri nədir?
"Orada (Zirar məscidində) heç vaxt (namaza) durma. Həqiqətən, ilk gündən təqva üzərində bina olunmuş məscid namaz qılınması üçün daha layiqdir. (Çünki) o məsciddə paklanmaq istəyində olan kişilər var. Allah pakları sevir.” Nöqtələr Öncədən təqva üzərində bina olunmuş məscid Qoba məscididir. Bu məscid Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı tikilmişdir.  Fəxr-Razi deyir: "Məscidin dəyərli olmasında təqva kökü əsasdırsa, insanın da iman və təqvada öncül olması daha dəyərlidir. İlk gündən iman gəti...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.