Ət-Tövbə surəsi · 11-cü ayə

Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Amma tövbə edib namaz qılsalar və zəkat ödəsələr, bu halda sizin din qardaşınızdırlar. Biz Öz ayələrimizi bilən (düşünən) qövm üçün ətraflı bəyan edirik.”
Nöqtələr
Allah-təala ötən ayələrdə buyurdu ki, əgər müşriklər tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr, onlara qarşı çıxılmasın. Bu ayədə isə qeyd olunur ki, nəinki onlara əziyyət verməyin, hətta keçmişləri unudub, onlarla qardaşcasına rəftar edin.
Bildirişlər
1. Öz rəftarınızda "addım-addım, tədricən” prinsipinə riayət edin. Öncə təcavüzdən çəkinmək, sonra isə ülfət və qardaşlıq!
2. Gerçək tövbə əməl ilə müşayiət olunur.
3. Namaz və zəkatı tərk edənlər bizə din qardaşı deyillər.
4. Dini qardaşlıq dairəsinə daxil olma şərti namaz və zəkatdır.
5. Müsəlmanın rabitələrinin, sevgi və nifrətinin kökü əqidə məktəbindədir.
6. Peşman olmuş və tövbə etmiş insanla qardaşcasına rəftar edin.
7. İslam döyüşlərinin əsas məqsədi müşrikləri tövhidə qaytarmaqdır.
8. Dünənədək qətli vacib olanlar tövbə, namaz və zəkat sayəsində müsəlmanlarla bərabər ictimai hüquq əldə edirlər və onlarla döyüş haram olur.
9. Elm və bilik ilahi ayələrin dərki üçün zəmindir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 11-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 11-cü ayəsi nə haqqındadır?
Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.
Ət-Tövbə surəsi 11-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 11-cü ayənin təfsiri nədir?
"Amma tövbə edib namaz qılsalar və zəkat ödəsələr, bu halda sizin din qardaşınızdırlar. Biz Öz ayələrimizi bilən (düşünən) qövm üçün ətraflı bəyan edirik.” Nöqtələr Allah-təala ötən ayələrdə buyurdu ki, əgər müşriklər tövbə etsələr, namaz qılsalar, zəkat ödəsələr, onlara qarşı çıxılmasın. Bu ayədə isə qeyd olunur ki, nəinki onlara əziyyət verməyin, hətta keçmişləri unudub, onlarla qardaşcasına rəftar edin. Bildirişlər 1. Öz rəftarınızda "addım-addım, tədricən” prinsipinə riayət edin. Öncə təcavü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.