Ət-Tövbə surəsi · 113-cü ayə

Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yaxşı deyil ki, peyğəmbər və ona iman gətirən kəslər müşriklərin cəhənnəm əhli olduğunu bildikdən sonra onların bağışlanmasını istəyələr–hətta qohumları da olsa!”
Nöqtələr
Bəzi təfsirçilər əsassız rəvayətlərə istinad edərək bu ayənin Əbu-Talib haqqında olduğunu bildirmişlər. Halbuki Əbu-Talibin iman gətirməsi barədə xeyli dəlil və rəvayət var. Ayənin Əbu-Talib haqqında olmasını bildirən rəvayət Həzrət Əlinin (ə) düşməni Səid ibn Musəyyib tərəfindən nəql olunmuşdur. Həzrət Əlinin (ə) atası olması Əbu-Talibi qınaq hədəfinə çevirmişdir!
Bildirişlər
1. Qanun qarşısında hamı, o cümlədən Peyğəmbər (s) və digər müsəlmanlar bərabərdirlər.
2. Şirk bağışlanmayan günahdır. Hətta Peyğəmbərin (s) də istiğfarı (bağışlatdırma istəyi) bu sahədə səmərəsizdir.
3. Əqidə bağlılığı hiss bağlılığından mühümdür. Qohumluq hissləri əqidə hisslərinə üstün gəlməməlidir.
4. Peyğəmbərlə qohumluq insanı cəhənnəmdən qorumur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 113-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 113-cü ayəsi nə haqqındadır?
Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).
Ət-Tövbə surəsi 113-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 113-cü ayənin təfsiri nədir?
"Yaxşı deyil ki, peyğəmbər və ona iman gətirən kəslər müşriklərin cəhənnəm əhli olduğunu bildikdən sonra onların bağışlanmasını istəyələr–hətta qohumları da olsa!” Nöqtələr Bəzi təfsirçilər əsassız rəvayətlərə istinad edərək bu ayənin Əbu-Talib haqqında olduğunu bildirmişlər. Halbuki Əbu-Talibin iman gətirməsi barədə xeyli dəlil və rəvayət var. Ayənin Əbu-Talib haqqında olmasını bildirən rəvayət Həzrət Əlinin (ə) düşməni Səid ibn Musəyyib tərəfindən nəql olunmuşdur. Həzrət Əlinin (ə) atası olmas...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.