Ət-Tövbə surəsi · 115-ci ayə

Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 115
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah bir qövmü hidayət etdikdən sonra, çəkinməli olduqlarını bəyan etməmiş haqq yoldan çıxarmaz. Şübhəsiz, Allah hər şeyi biləndir.”
Nöqtələr
Ayə ya müsəlman olduqdan sonra vəzifələri ilə tanış olmamış dünyadan gedənlərin halını bəyan edir, ya da ötən ayəyə, xəbərdarlığa biganə qalan Allah düşmənləri ilə düşmənçiliyə çağırır. Ayə müşriklər üçün istiğfar qadağan olunmamış onların bağışlanmasını istəyənlərin nigarançılığını aradan qaldırma məqsədi də daşıya bilər.
İmam Riza (ə) buyurmuşdur: "Allah imama vacib etmişdir ki, öz ölümünü gözlədikdə növbəti məsum imamı xalqa tanıtdırsın.” Sonra imam həmin bu ayəni tilavət etmişdir. 
Bildirişlər
1. İlahi hədlərə riayət etmədiyimiz halda azmaq təhlükəsi ilə üzləşə bilərik.
2. Allah Onun hidayətinə etinasızlığın cəzası olaraq azdırır. Allah göstərişləri ilə bilərəkdən müxaliflik insanı ilahi hidayətdən məhrum edir.
3. Allah haqqı aydınlaşdırmamış, höccəti tamamlamamış cəzalandırmır.
4. İlahi hidayət kamildir. Xoşbəxtlik vasitələri göstərilməklə yanaşı təhlükə amilləri də açıqlanır. İmam Sadiq (ə) buyurmuşdur: "Allah Öz razılıq və qəzəb səbəblərini xalqa bildirir.” 
5. Allahın bütün qadağaları Onun elm və hikmətindən qaynaqlanır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 115-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 115-ci ayəsi nə haqqındadır?
Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi b...
Ət-Tövbə surəsi 115-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 115-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 115-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 115-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 115-ci ayənin təfsiri nədir?
"Allah bir qövmü hidayət etdikdən sonra, çəkinməli olduqlarını bəyan etməmiş haqq yoldan çıxarmaz. Şübhəsiz, Allah hər şeyi biləndir.” Nöqtələr Ayə ya müsəlman olduqdan sonra vəzifələri ilə tanış olmamış dünyadan gedənlərin halını bəyan edir, ya da ötən ayəyə, xəbərdarlığa biganə qalan Allah düşmənləri ilə düşmənçiliyə çağırır. Ayə müşriklər üçün istiğfar qadağan olunmamış onların bağışlanmasını istəyənlərin nigarançılığını aradan qaldırma məqsədi də daşıya bilər. İmam Riza (ə) buyurmuşdur: "All...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.