Ət-Tövbə surəsi · 19-cu ayə

Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yoxsa hacılara su verməyi, Məscidül-həramı təmir etməyi Allah və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənin işi ilə eyni tutursunuz? Bu iki iş Allah yolunda eyni ola bilməz. Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
Peyğəmbərin (s) əmisi Abbas və Şeybə öz işlərini bir-birlərinə sadalayıb lovğalanırdılar. Abbas Allah evinin ziyarətçilərinə su verdiyi, Şeybə Kəbə açarlarını gəzdirdiyi üçün qürrələnirdi.
Həzrət Əli (ə) buyurdu: "Amma mən öz az yaşımla iftixar edirəm ki, siz mənim cihad və qılıncıma iman gətirdiniz.” Abbas Həzrət Əlinin (ə) bu sözlərindən narahat olub ondan Peyğəmbərə (s) şikayət etdi. Bu vaxt həmin ayə nazil oldu. 
Həzrət Əli (ə) öz öncüllüyünün sübutunda dəfələrlə bu ayəyə istinad etmişdir. Bəli, iman və cihad mənəvi dəyərdən məhrum şirk dövründəki xidmətlərdən üstündür.
Bildirişlər
1. Əməllərimizə uymayaq. İmansız əməl puç bir ilğım, cansız cəsəddir.
2. İxlaslı döyüşçülər başqalarından üstündürlər.
3. İmanlı mücahidləri başqaları ilə bir tutmaq məzəmmət olunur və ictimai zülmlərdən sayılır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 19-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 19-cu ayəsi nə haqqındadır?
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
Ət-Tövbə surəsi 19-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 19-cu ayənin təfsiri nədir?
"Yoxsa hacılara su verməyi, Məscidül-həramı təmir etməyi Allah və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənin işi ilə eyni tutursunuz? Bu iki iş Allah yolunda eyni ola bilməz. Allah zalım qövmü hidayət etməz.” Nöqtələr Peyğəmbərin (s) əmisi Abbas və Şeybə öz işlərini bir-birlərinə sadalayıb lovğalanırdılar. Abbas Allah evinin ziyarətçilərinə su verdiyi, Şeybə Kəbə açarlarını gəzdirdiyi üçün qürrələnirdi. Həzrət Əli (ə) buyurdu: "Amma mən öz az yaşımla iftixar edirəm ki, siz mənim ciha...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.