Ət-Tövbə surəsi · 2-ci ayə

Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey müşriklər,) yer üzündə (azad) dolanmağınız üçün dörd ay möhlətiniz var və bilin ki, Allahı məğlub edə bilməzsiniz. Allah kafirləri zəlil edəndir.”
Nöqtələr
Bəraət zilhiccəayının onuncu günü (Qurban bayramı) elan olundu. Demək, dörd ay möhlət rəbius-sani ayının 10-da başa çatdı. 
Rəvayətlərə əsasən 4 ay möhlət öncədən peyman bağlamayanlara aid idi. Peyman bağlanmış insanlara isə həmin peymanda nəzərdə tutulmuş vaxta qədər möhlət verilmişdi. Bu müddət 4 aydan az və ya çox ola bilərdi.
Bildirişlər
1. Müqaviləni pozduqdan sonra düşmənə düşünmək üçün möhlət verin. (Tarixi mənbələrdə bildirilir ki, həmin dörd ay möhlət zamanı müşriklərin çoxu İslamı qəbul etdi.)
2. İqtidarda olduğunuz vaxt elan etməmiş hücuma keçməyin.
3. İslamı qəbul etmək istəməyənlər bilməlidirlər ki, haraya getsələr, Allahın hakimiyyətindən qaça bilməyəcəklər.
4. İslamla döyüş Allahla savaşdır.
5. İlahi sünnə, qayda budur ki, haqqa qayıdış imkanını əldən verdikdə insan bədbəxt olur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 2-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 2-ci ayəsi nə haqqındadır?
Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.
Ət-Tövbə surəsi 2-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 2-ci ayənin təfsiri nədir?
"(Ey müşriklər,) yer üzündə (azad) dolanmağınız üçün dörd ay möhlətiniz var və bilin ki, Allahı məğlub edə bilməzsiniz. Allah kafirləri zəlil edəndir.” Nöqtələr Bəraət zilhiccəayının onuncu günü (Qurban bayramı) elan olundu. Demək, dörd ay möhlət rəbius-sani ayının 10-da başa çatdı.  Rəvayətlərə əsasən 4 ay möhlət öncədən peyman bağlamayanlara aid idi. Peyman bağlanmış insanlara isə həmin peymanda nəzərdə tutulmuş vaxta qədər möhlət verilmişdi. Bu müddət 4 aydan az və ya çox ola bilərdi. Bildiri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.