Ət-Tövbə surəsi · 23-cü ayə

Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Əgər ata-qardaşlarınız küfrü imandan üstün tutarsa, onlara tabe olmayın. Sizlərdən hər kəs onların dostluğunu və vilayətini qəbul etsə, həmin sitəmkarlardandır.”
Nöqtələr
Kafirlərin vilayətinin qəbulu ilə bağlı Quranın xəbərdarlıqları insanı silkələyir. "Maidə” surəsində oxuyuruq: "Hər kəs onların vilayətini qəbul etsə, elə onlardandır.  "Ali-İmran” surəsində isə belə oxuyuruq: "Bu sayaq hərəkət edən kəsin Allahla rabitəsi kəsilmişdir.” 
Bəzi müsəlmanlar Mədinəyə hicrət zamanı kafir valideynlərinin qəzəbinə tuş gəlmişdilər. Amma onlar dinlərinin qorunmasını kafir valideynlərin razılığından üstün tutdular.
Qeyd etməliyik ki, kafir ata-anaya tabe olmamaq onlara yaxşılıq etməmək deyil. Bütün hallarda ata-anaya yaxşılıq zəruridir.
Bildirişlər
1. Müsəlman övlad kafir atanın tabeçiliyində deyil. Əqidə rabitələri ailə rabitələrindən öndə gəlir.
2. Daxili hisslər dini dəyərlərdən önə keçməməlidir.
3. Ən yaxın şəxs olsa da, kafirə tabeçilik qadağandır.
4. Dini bağlılıq bütün bağlılıqlardan üstündür.
5. Kafirlərin hakimiyyətinin qəbulu zülmdür.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 23-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 23-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.
Ət-Tövbə surəsi 23-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 23-cü ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Əgər ata-qardaşlarınız küfrü imandan üstün tutarsa, onlara tabe olmayın. Sizlərdən hər kəs onların dostluğunu və vilayətini qəbul etsə, həmin sitəmkarlardandır.” Nöqtələr Kafirlərin vilayətinin qəbulu ilə bağlı Quranın xəbərdarlıqları insanı silkələyir. "Maidə” surəsində oxuyuruq: "Hər kəs onların vilayətini qəbul etsə, elə onlardandır.  "Ali-İmran” surəsində isə belə oxuyuruq: "Bu sayaq hərəkət edən kəsin Allahla rabitəsi kəsilmişdir.”  Bəzi müsəlmanlar Mədinəyə hicrət zama...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.