Ət-Tövbə surəsi · 24-cü ayə

De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, topladığınız sərvət, kasadlığından qorxduğunuz ticarət, qəlbinizi isidən evlər sizin üçün Allah, Onun rəsulu və Allah yolunda cihaddan sevimli olsa, Allahın Öz (qəzəb) fərmanını gerçəkləşdirməsi intizarında olun. Allah itaətsiz qövmü hidayət etməz.”
Nöqtələr
Həzrət Əli (ə) bir dəstəyə buyurdu: "Nə üçün siz İslama yardım üçün Mədinəyə hicrət etmir, Peyğəmbərə (s) qoşulmursunuz?” Onlar dedilər: "Biz qardaşlarımız və qohumlarımızlayıq və öz evlərimizi qoruyuruq.” 
Bu ayədə adı çəkilən dəstələr bir nümunədir. Burada ata ilə yanaşı ana, oğulla yanaşı qız, qardaşla yanaşı bacı da nəzərdə tutulur.
Bildirişlər
1. İman dərəcəsi dünya və axirət kimi iki yol ayrıcında dayanarkən məlum olur.
2. Cihad İslamın sütunlarındandır və onun adı tövhid və nübuvvətlə yanaşı çəkilir.
3. Maddiyyat körpülərindən salamat keçmək üçün Allahla bağlılığı gücləndirmək lazımdır.
4. Ailə bağlılığı, maddi imkanlar cihada mane olmamalıdır. Cihadın qarşısını alan bağlılıq ilahi qəzəb doğurur. (Allahla dostluq yolunda hər şeydən və hər kəsdən keçmək lazım gəlir. Çünki dinin qorunması ailə rabitələrinin, iqtisadi mənafelərin hifzindən öndə gəlir.)
5. Dünyapərəst müsəlman kafir kimidir. Ayədə dünyapərəst müsəlmanlara kafirlər kimi müraciət olunur.
6. Rifah, firavan yaşayış həyat məqsədinə çevrildikdə insan süquta uğrayır. Belə bir yol onu Allah və Onun rəsulundan uzaqlığa, ilahi qəhr-qəzəbə aparır.
7. Məsuliyyətdən qaçan dünyapərəstlər ilahi hidayətə nail olmurlar.
8. Maddiyyatı mənəviyyatdan üstün tutmaq günah nişanəsidir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 24-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 24-cü ayəsi nə haqqındadır?
De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və ...
Ət-Tövbə surəsi 24-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 24-cü ayənin təfsiri nədir?
"De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, topladığınız sərvət, kasadlığından qorxduğunuz ticarət, qəlbinizi isidən evlər sizin üçün Allah, Onun rəsulu və Allah yolunda cihaddan sevimli olsa, Allahın Öz (qəzəb) fərmanını gerçəkləşdirməsi intizarında olun. Allah itaətsiz qövmü hidayət etməz.” Nöqtələr Həzrət Əli (ə) bir dəstəyə buyurdu: "Nə üçün siz İslama yardım üçün Mədinəyə hicrət etmir, Peyğəmbərə (s) qoşulmursunuz?” Onlar dedilər: "Biz qardaşlarımız və qohum...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.