Ət-Tövbə surəsi · 26-cı ayə

Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sonra Allah Öz peyğəmbərinə və möminlərə aramlıq nazil etdi. Görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirləri əzaba saldı. Bu, kafirlərin cəzasıdır.”
Nöqtələr
Qurani-kərimdə "Səkinə” sözü altı yerdə işlədilmişdir. Bunlardan beşi döyüşlə bağlı ayələrə təsadüf edir.
Hüneyn döyüşündə Allah möminlərə dörd şeyi lütf buyurdu: "Səkinə (aramlıq), görünməyən döyüşçülər, kafirlərə qəzəb, fərarilərin tövbəsinin qəbulu. (Növbəti ayədə bu nöqtəyə toxunulacaq.)
Bəzi kafir əsirlər müsəlmanlardan soruşurdular: "Bizi öldürən ağ libaslılar haradadır?” Onlar kafirlərin gözünə ağ libasda görünən mələkləri nəzərdə tuturdular.
Bildirişlər
1. Döyüşçülərin cəbhədə büdrəməsi qeybi yardımların kəsilməsinə səbəb olmur.
2. Qeybi yardımlar müsəlmanların qələbə rəmzidir.
3. Yaxşı əhval-ruhiyyə, imandan doğan arxayınlıq döyüşdə qələbənin əsas səbəblərindəndir.
4. Aramlıq və arxayınlıq həm rəhbərə, həm də onun ardıcıllarına lazımdır. Peyğəmbəri narahat edən ətrafdakıların qaçması, xalqı narahat edən isə qorxu hissi idi.
5. Möminlərdəki ruhi aramlıq Allah tərəfindən idi. 
6. Döyüşdə möminlərə yardım üçün mələklərin iştirakı Qurandan doğan bir əqidədir.
7. Öldürülmək yaranış və məada imanı olan insan üçün iftixar, kafirlər üçün isə əzabdır.
8. Bütün kafirlərin aqibəti məğlubiyyət və zillətdir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 26-cı ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 26-cı ayəsi nə haqqındadır?
Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!
Ət-Tövbə surəsi 26-cı ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 26-cı ayənin təfsiri nədir?
"Sonra Allah Öz peyğəmbərinə və möminlərə aramlıq nazil etdi. Görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirləri əzaba saldı. Bu, kafirlərin cəzasıdır.” Nöqtələr Qurani-kərimdə "Səkinə” sözü altı yerdə işlədilmişdir. Bunlardan beşi döyüşlə bağlı ayələrə təsadüf edir. Hüneyn döyüşündə Allah möminlərə dörd şeyi lütf buyurdu: "Səkinə (aramlıq), görünməyən döyüşçülər, kafirlərə qəzəb, fərarilərin tövbəsinin qəbulu. (Növbəti ayədə bu nöqtəyə toxunulacaq.) Bəzi kafir əsirlər müsəlmanlardan soruşurdula...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.