Ət-Tövbə surəsi · 28-ci ayə

Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Şübhəsiz, müşriklər çirkin və murdardırlar. Gələn ildən Məscidül-hərama yaxınlaşmamalıdırlar. Əgər (kafirlərlə alış-verişin kəsilməsi ilə bağlı) yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, tezliklə Öz fəzli ilə sizi ehtiyacsız edəcək. Həqiqətən, Allah agahdır və hikmət sahibidir.”
Nöqtələr
Hicrətin 9-cu ili həcc mərasimində Həzrət Əlinin (ə) müşriklərə oxuduğu dörd göstərişdən biri bu idi ki, növbəti ildən müşriklər Məscidül-hərama daxil ola bilməzlər.
Bildirişlər
1. Şirk murdarlıqdır. Gerçək paklıq iman sayəsində mümkündür.
2. Mömin insan qəlbində müşrikə qarşı nifrət hissi duymalıdır.
3. Dini hökmləri utancaqlıqla yox, qətiyyətlə yerinə yetirmək lazımdır.
4. Proqram və baxışın elanında icra gücümüzü nəzərə alaq. (Müşriklər elə əvvəlcədən çirkin idilər. Amma müsəlmanlar yalnız qüdrətə çatdıqdan sonra bəraət elan etdilər.)
5. Girişə yaxınlaşmaq daxil olmağa şərait yaratdığından, müşriklər müqəddəs yerlərə yaxınlaşmamalıdır.
6. Qurani-kərimdə bəzi qadağaların fəlsəfəsi bəyan olunmuşdur.
7. Müqəddəslik baxımından yer üzünün ayrı-ayrı hissələri bir-birlərindən fərqlənir.
8. Müxaliflərlə keçinib, onlara möhlət verək.
9. Göstəriş və proqramlarda onların doğuracağı reaksiya və nəticələrə qarşı diqqətli olaq.
10. İqtisadi sıxıntılar bizi dinimizə biganələşdirməsin.
11. İctimai nigarançılıq yarandıqda xalqa ümid və təvəkkül ruhiyyəsi verilməlidir.
12. Ruzimiz başqalarının yox, yalnız Allahın əlindədir.
13. Əqidəyə görə kafirlərlə iqtisadi əlaqələri kəsdikdə narahat olmayaq.
14. Xalqın razılığında rəhbərliyin zirəkliyindən, müdiriyyətindən çox, Allahın fəzl və mərhəməti rol oynayır.
15. Dini hökmlər ilahi elm və hikmətə əsaslanır.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 28-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 28-ci ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mə...
Ət-Tövbə surəsi 28-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 28-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 28-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 28-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 28-ci ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Şübhəsiz, müşriklər çirkin və murdardırlar. Gələn ildən Məscidül-hərama yaxınlaşmamalıdırlar. Əgər (kafirlərlə alış-verişin kəsilməsi ilə bağlı) yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, tezliklə Öz fəzli ilə sizi ehtiyacsız edəcək. Həqiqətən, Allah agahdır və hikmət sahibidir.” Nöqtələr Hicrətin 9-cu ili həcc mərasimində Həzrət Əlinin (ə) müşriklərə oxuduğu dörd göstərişdən biri bu idi ki, növbəti ildən müşriklər Məscidül-hərama daxil ola bilməzlər. Bildiri...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.